Yeni detallar:Əməliyyatı DTX keçirir: Dünya çempionu qaçdı
24 Oktyabr 2026, 21:42
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
350
25.07.2026, 21:54
Bakıda azyaşlılar hindistanlı turisti qarət ediblər.
Oxu24.com xəbər verir ki, hadisə Səbail rayonu, Nizami küçəsində (Torqovı), Fəvvarələr Meydanında baş verib.
İttiham aktına görə, 12 yaşlı Nazlı və qohumu 14 yaşlı Məzahir (şərti adlar) qeyd olunan əraziyə salfet satmaq üçün gəliblər. Məlumata görə, onları bura Nazlının atası Hüseyn və atasının xalası oğlu Məsud (şərti adlar) gətiriblər. Uşaqlar Fəvvarələr Meydanında, "Mado" restoranı və "Piano Parfum" mağazasının qarşısında hindistanlı turistin külli miqdarda pulu olduğu görüblər. Onlar bu barədə Hüseyn və Məsuda məlumat veriblər. Bundan sonra çiyinlərində məktəbli çantaları olan həmin azyaşlılar böyüklərinin göstərişi ilə turistin yanına gedib və hərəsi bir qolundan tutaraq, ona sarılıblar. Bu zaman uşaqlar zərərçəkənin 550 manat pulunu oğurlayıblar.
Faktla bağlı azyaşlılar, həmçinin Məsud və Hüseyn saxlanılıblar. Məsudla Hüseyn barəsində oğurluq və yetkinlik yaşına çatmayanı cinayətə cəlbetmə maddələri ilə cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə Hüseyn 4 il 3 ay, Məsud isə 3 il 3 ay müddətinə həbs olunublar.(lent.az)
23:16 / 24 Oktyabr 2026
156
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
113
22:14 / 24 Oktyabr 2026
89
22:05 / 24 Oktyabr 2026
292
21:42 / 24 Oktyabr 2026
1888
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
95
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
98
20:31 / 24 Oktyabr 2026
968
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
108
19:55 / 24 Oktyabr 2026
100
19:40 / 24 Oktyabr 2026
99
19:09 / 24 Oktyabr 2026
136
18:55 / 24 Oktyabr 2026
94
18:40 / 24 Oktyabr 2026
111
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
446
18:13 / 24 Oktyabr 2026
681
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.