Qarpızların gizli təhlükəsi
25 İyul 2026, 10:59
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
165
23.07.2026, 13:28
Son günlər market və bazarlarda bol miqdarda satışa çıxarılan, xüsusilə yaz-yay mövsümünün sevilən nemətlərindən sayılan paxla bitkisi bəzi insanlar üçün ciddi həyati təhlükə mənbəyinə çevrilə bilir. Mövsümlə əlaqədar olaraq bu qidanın istehlakından sonra zəhərlənmə və kəskin ağırlaşmalarla xəstəxanalara müraciət edənlərin sayında gözlənilən artım mütəxəssisləri hərəkətə keçirib. Faydalı və zülalla zəngin bir qida kimi tanınsa da, paxlanın tərkibindəki müəyyən maddələr bəzi orqanizmlərdə ağır allergik və genetik reaksiyalara yol açır. Ən təhlükəli məqam isə odur ki, bir çox insan öz orqanizmində bu riskin mövcudluğundan xəbərsiz olur.
Bu barədə Oxu24.com-a Diaqnoz Tibb Mərkəzinin Həkim-allergoloqu Dr. Ləman Cəfərova xəbərdarlıq edib.
"Qlükoza-6-fosfat dehidrogenaza fermentinin çatışmazlığı nəticəsində “favizm” adlanan xəstəlik baş verir. Bu zaman hətta paxla bitkisinin tozu bile insan orqanizminə daxil olduqda, onu parçalayan ferment çatışmadığı üçün orqanizmdə müxtəlif ağır dəyişikliklər yaşanır”.
Onun sözlərinə görə, paxlanın tərkibindəki purin maddəsi sidik turşusunun miqdarını artıraraq padaqra kimi oynaq xəstəliklərini şiddətləndirə bilər.
Həmçinin həkim qeyd edib ki, ferment azlığı səbəbindən eritrositlər (qırmızı qan hüceyrələri) parçalanır; nəticədə dəridə sarılıq, ürəkbulanma, başgicəllənmə və halsızlıq kimi ağır simptomlar yaranır.
“Bu halda xəstənin ev şəraitində müalicəsi mümkün deyil və mütləq stasionar xəstəxana şəraitində müalicə olunmalıdır. Təhlükədən qorunmaq üçün paxla uzun müddət suda saxlanılmalı və yaxşı bişirilməlidir”,- deyə Ləman Cəfərova xəbərdarlıq edib.
Çimnaz Telmanqızı
11:35 / 26 İyul 2026
1
11:30 / 26 İyul 2026
11
11:21 / 26 İyul 2026
72
11:13 / 26 İyul 2026
47
11:10 / 26 İyul 2026
51
11:05 / 26 İyul 2026
332
10:55 / 26 İyul 2026
55
10:47 / 26 İyul 2026
320
10:40 / 26 İyul 2026
52
09:50 / 26 İyul 2026
71
09:44 / 26 İyul 2026
606
09:43 / 26 İyul 2026
69
00:24 / 26 İyul 2026
147
23:29 / 25 İyul 2026
93
22:59 / 25 İyul 2026
149
22:45 / 25 İyul 2026
717
22:39 / 25 İyul 2026
153
22:26 / 25 İyul 2026
171
21:54 / 25 İyul 2026
152
21:27 / 25 İyul 2026
91
21:15 / 25 İyul 2026
150
21:02 / 25 İyul 2026
100
20:49 / 25 İyul 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.