Qarpızların gizli təhlükəsi
25 İyul 2026, 10:59
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
227
15.07.2026, 15:33
Müasir tibbin ən aktual və ciddi problemlərindən biri də bədxassəli şişlərin vaxtında aşkar edilməsidir. Xüsusilə "səssiz qatil" olaraq xarakterizə edilən mədəaltı vəzi xərçəngi, ilkin mərhələlərdə demək olar ki, heç bir kəskin simptom vermədən inkişaf edə bilir. Bu səbəbdən bir çox xəstə həkimə müraciət etdikdə artıq xəstəlik sonrakı mərhələlərə keçmiş olur. Lakin orqanizmdə baş verən kiçik dəyişikliklərə qarşı diqqətli olmaq və həyəcan siqnallarını vaxtında duymaq həyat qurtarır. Erkən diaqnoz sayəsində bu amansız xəstəliyə qarşı mübarizədə effektiv nəticələr əldə etmək tamamilə mümkündür.
Mövzu ilə bağlı Oxu24.com-a danışan ümumi və transplantasiya cərrahı Dr. Lalə İsmayılova mədəaltı vəzi xərçənginin gizli əlamətləri, risk faktorları və erkən diaqnozun önəmindən bəhs edib.
Həkim bildirib ki, xəstəliyi erkən mərhələdə aşkar etmək çətin olsa da, mümkündür və ilkin olaraq orqanizm müəyyən siqnallar verir:
•Həzm problemləri və köp: Daimi xarakter alan köp hissi və həzm çatışmazlığı.
•Gözlərdə saralma: Sarılıq əlamətlərinin, xüsusən də göz bəbəklərində saralmanın müşahidə edilməsi.
•Epikaqstral nahiyədə ağrı: Qarın nahiyəsində başlayan və bəzən belə vuran (şüalanan) ağrılar.
•İştahasızlıq və sürətli arıqlama: Səbəbsiz yerə çəki itirmə və iştahanın kəskin şəkildə azalması.
Dr. Lalə İsmayılovanın sözlərinə görə, bu xəstəliyin yaranmasında bir sıra mühüm risk faktorları rol oynayır:
1.Ailədə (genetik olaraq) diabetin olması,
2.Xəstənin özündə şəkərli diabetin mövcudluğu,
3.Xroniki pankreatit keçirilməsi,
4.Tütün (siqaret) çəkmə və piylənmə (obezlik),
5.Yüksək miqdarda yağlı qidaların mütəmadi qəbul edilməsi.
“Pankreas (mədəaltı vəzi) xərçəngini erkən aşkar etmək bir qədər çətin olsa da, müasir müayinə metodları ilə bu əlamətlərə əsasən xəstəliyi öncədən müəyyən etmək olur. Vaxtında qoyulan diaqnoz isə birbaşa həyat qurtarır”,- deyə həkim sonda əlavə edib.
Çimnaz
13:40 / 26 İyul 2026
37
13:25 / 26 İyul 2026
37
12:55 / 26 İyul 2026
103
12:35 / 26 İyul 2026
81
12:30 / 26 İyul 2026
158
12:23 / 26 İyul 2026
722
12:15 / 26 İyul 2026
86
12:00 / 26 İyul 2026
80
11:35 / 26 İyul 2026
545
11:30 / 26 İyul 2026
98
11:21 / 26 İyul 2026
166
11:13 / 26 İyul 2026
98
11:10 / 26 İyul 2026
78
11:05 / 26 İyul 2026
1010
10:55 / 26 İyul 2026
83
10:47 / 26 İyul 2026
728
10:40 / 26 İyul 2026
79
09:50 / 26 İyul 2026
89
09:44 / 26 İyul 2026
734
09:43 / 26 İyul 2026
90
00:24 / 26 İyul 2026
156
23:29 / 25 İyul 2026
104
22:59 / 25 İyul 2026
160
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.