Qarpızların gizli təhlükəsi
25 İyul 2026, 10:59
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
232
14.07.2026, 15:11
Müasir dövrdə həkim məsləhəti olmadan, nəzarətsiz şəkildə dərman qəbulu qlobal sağlamlıq problemlərindən birinə çevrilib. Bir çox hallarda adi bir ağrıkəsici və ya soyuqdəymə əleyhinə preparatın kortəbii istifadəsi bədənimizin ən böyük "filtr" orqanı olan qaraciyərə ciddi zərbə vurur. Tibbi araşdırmalar göstərir ki, kimyəvi maddələrin orqanizmdə buraxdığı toksiki izlər bəzən geri dönülməz fəsadlara yol açır. Xüsusilə uzunmüddətli və yüksək dozalı müalicələr zamanı qaraciyərin funksiyalarının qorunması mütləq şərtdir.
Bu mövzuda əhalini maarifləndirmək və təhlükənin miqyasını çatdırmaq məqsədilə Oxu24.com olaraq mütəxəssis rəyini öyrəndik.
Mövzu ilə bağlı suallarımızı cavablandıran Terapevt-Hepatoloq, Tibb üzrə Fəlsəfə Doktoru Dr. Sevinc Abasova dərman mənşəli qaraciyər zədələnmələrinin gizli təhlükələrindən danışıb:"Dərman zədələnməsi fonunda qaraciyərin normal işləməsi pozulur. Dərmanlar və onların metabolitləri qaraciyərin hüceyrələrini zədələyir, onun funksiyasını pozur. Bəzən də qaraciyər yetməzliyinə gətirib çıxara bilər”.
Bəs səbəb nədir?
Həkim qeyd edib ki, səbəb – uzun müddət dərmanın qəbulu, bir anda bir neçə dərmanın birlikdə qəbulu, dərmanın çox yüksək dozada qəbulu, eyni zamanda alkoqolun qəbulu və genetik meyllilikdən ibarətdir:“Hansı əlamətlərlə özünü göstərə bilər?Halsızlıq, yorğunluq, oynaqlarda ağrı, qaşınma, sidiyin tünd rəngə boyanması, iştahasızlıq baş verə bilər”.
Sevinc Abbasova əlavə edib ki, əgər biz dərman zədələnməsini ilkin mərhələdə diaqnozunu qoya bilsək və xəstə düzgün zamanda həkimə müraciət etsə, bu, geriyə dönən bir prosesdir. Əks halda qaraciyər zədələnə bilər və ciddi fəsadlar – qaraciyər yetməzliyi yarana bilər. Bu da xəstənin həyatı bahasına başa gələ bilər!”
12:55 / 26 İyul 2026
21
12:35 / 26 İyul 2026
25
12:30 / 26 İyul 2026
85
12:23 / 26 İyul 2026
383
12:15 / 26 İyul 2026
59
12:00 / 26 İyul 2026
58
11:35 / 26 İyul 2026
397
11:30 / 26 İyul 2026
74
11:21 / 26 İyul 2026
133
11:13 / 26 İyul 2026
79
11:10 / 26 İyul 2026
68
11:05 / 26 İyul 2026
728
10:55 / 26 İyul 2026
74
10:47 / 26 İyul 2026
540
10:40 / 26 İyul 2026
68
09:50 / 26 İyul 2026
79
09:44 / 26 İyul 2026
685
09:43 / 26 İyul 2026
80
00:24 / 26 İyul 2026
152
23:29 / 25 İyul 2026
97
22:59 / 25 İyul 2026
153
22:45 / 25 İyul 2026
1008
22:39 / 25 İyul 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.