Geyimlər niyə dəridə dərin iz qoyur? - Hansı xəstəliyin əlaməti ola bilər?
12 Sentyabr 2026, 21:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
894
10.07.2026, 14:30
Son illərdə qeyri-sağlam qidalanma və hərəkətsiz həyat tərzi səbəbindən geniş yayılan insulin müqaviməti bədəndə bir çox gizli fəsadlara yol açır. Bir çox hallarda daxili orqanlarda baş verən bu metabolik pozuntu ilkin mərhələdə xarici görünüşümüzdə, xüsusilə də dəridə özünü büruzə verməyə başlayır. Vaxtında fərqinə varılmayan bu simptomlar gələcəkdə şəkərli diabet və digər xroniki xəstəliklərin yaranma riskini kəskin şəkildə artırır. Odur ki, bədənimizin bizə ötürdüyü xəbərdarlıq siqnallarını düzgün oxumaq və vaxtında tədbir görmək sağlamlığımızı qorumaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Oxu24.com məlumat verir ki, mütəxəssis, həkim-terapevt Günay Süleymanlı insulin müqavimətindən xəbər verən mühüm dəri əlamətlərini açıqlayıb və vətəndaşları diqqətli olmağa çağırıb.
Həkim-terapevt bildirir ki, bədəndə insulin müqaviməti olduqda dərinin müəyyən nahiyələrində vizual dəyişikliklər baş qaldırır:“İlk növbədə, qoltuqaltı, qasıq, boyun və dirsək kimi büküş yerlərində dəri rənginin tündləşməsi, yəni nəzərəçarpacaq qaralmalar və dərinin qalınlaşması müşahidə olunur ki, tibbdə buna akantozis nigrikans deyilir. Bununla yanaşı, xalq arasında "et xalları" olaraq adlandırdığımız xoşxassəli dəri törəmələri — akrokordonlar da xüsusilə boyun və qoltuqaltı nahiyələrdə sıx şəkildə özünü göstərməyə başlayır”.
Günay Süleymanlının sözlərinə görə, bu problem hormonal balansa da ciddi təsir göstərir. Nəticədə qadınlarda başın orta nahiyəsində saç tökülməsi və saç həcmində azalma, kişilərdə isə alın xəttinin geriyə doğru çəkilməsi kimi androgenetik alopesiya halları yaşanır: “Eyni zamanda, qadınlarda normalda çox incə, az və rəngsiz olan tüklər kişi tipli bölgələrdə — yəni üst dodaq, çənə, sinə, kürək və qarın nahiyələrində daha qalın və tünd formada çıxır ki, bu da hirsutizm adlanır”.
Mütəxəssis həmçinin vurğulayır ki, insulin müqaviməti dərinin büküş yerlərində təkrarlanan və xroniki xarakter daşıyan irinli şişlərin, yəni hidradenitis suppurativa xəstəliyinin yaranmasına rəvac verir:“Bu fonda üzdə, kürəkdə və sinədə yağ vəzilərinin və tük follikullarının iltihablaşması nəticəsində sızanaqlarda, yəni aknelərdə kəskin artım müşahidə edilir. Son olaraq isə dərinin ümumi vəziyyəti pisləşir; bədən səthi mat, cansız görünür, pul-pul tökülməyə başlayır, quru və qaşıntılı olmaqla yanaşı, qırışlara və çatlara meyilli bir hal alır. Bütün bu dəri siqnalları bədənimizdə insulin müqavimətinin olmasından xəbər verir”.
Əgər özünüzdə və ya yaxınlarınızda bu növ dəri dəyişikliklərini müşahidə edirsinizsə, vaxtında həkim-terapevtə və ya endokrinoloqa müraciət edərək insulin və şəkər göstəricilərinizi yoxlatmağınız tövsiyə olunur. Sağlamlığınızı təxirə salmayın!
Çimnaz
00:51 / 13 Sentyabr 2026
81
00:35 / 13 Sentyabr 2026
412
00:14 / 13 Sentyabr 2026
937
00:06 / 13 Sentyabr 2026
393
23:49 / 12 Sentyabr 2026
99
23:38 / 12 Sentyabr 2026
178
23:34 / 12 Sentyabr 2026
124
23:31 / 12 Sentyabr 2026
93
22:35 / 12 Sentyabr 2026
92
22:31 / 12 Sentyabr 2026
81
22:26 / 12 Sentyabr 2026
140
22:25 / 12 Sentyabr 2026
247
22:22 / 12 Sentyabr 2026
107
22:14 / 12 Sentyabr 2026
106
22:13 / 12 Sentyabr 2026
791
22:02 / 12 Sentyabr 2026
737
21:52 / 12 Sentyabr 2026
190
21:34 / 12 Sentyabr 2026
382
21:25 / 12 Sentyabr 2026
3557
21:20 / 12 Sentyabr 2026
93
21:14 / 12 Sentyabr 2026
105
21:05 / 12 Sentyabr 2026
84
20:48 / 12 Sentyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.