Yağlı yeməkdən sonra gəyirmə: Nəyə işarədir?
21 Avqust 2026, 15:55
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
528
03.07.2026, 15:38
Yaşlı insanlarda ən çox rast gəlinən problemlərdən biri də diz oynaqlarında yaranan ağrılardır. El arasında bu problemə çox vaxt "duzlaşma" və ya "oynaqda maye quruması" deyilir. Bəs tibbi dildə artroz adlanan bu xəstəliyin əsl mahiyyəti nədir?
Mövzu ilə bağlı Oxu24.com-a həkim-travmatoloq Ceyhun İsmayılov ətraflı məlumat verib. O, cəmiyyətdə bu xəstəliklə bağlı doğru bilinən bir çox yanlışlara aydınlıq gətirib.
“Duzlaşma" və "Maye quruması" mifdir!
Həkim bildirib ki, el arasında işlədilən bu ifadələr tibbi cəhətdən tamamilə yanlışdır:“Duzlaşma" nədir? Artroz zamanı oynağın ətrafında sümük çıxıntıları (osteofitlər) əmələ gəlir. İnsanlar elə bilir ki, bu, çox duz yeməkdən yaranır, lakin bunun duzla heç bir əlaqəsi yoxdur. Bu çıxıntılar oynağın aşınması zamanı bədənin bir növ qoruyucu mexanizmidir. Onlar oynağın hərəkətini məhdudlaşdırır ki, ağrı azalsın və oynaq bir müddət də xidmət edə bilsin.
“Maye qurtarması" nədir? Bu da yanlış təsəvvürdür. Əslində burada söhbət oynağın qığırdaq təbəqəsinin yeyilməsindən gedir. Rentgen müayinəsində qığırdaq təbəqəsi yeyildiyi üçün sümüklər arasındakı məsafə itir və sümük sümüyə dəyərək aşınır. Bura hər hansı bir maye vurmaqla problemi tamamilə bərpa etmək qeyri-mümkündür”.
Hər artroz xəstəsi əməliyyat olunmalıdırmı?
Ceyhun İsmayılov rentgen müayinəsində oynağın tamamilə aşındığını görməyin belə dərhal əməliyyat qərarı vermək üçün kifayət etmədiyini vurğulayıb:“Statistikaya görə, hətta 4-cü dərəcəli (son dərəcə) artrozu olan hər 100 xəstədən 30-nun əməliyyata ehtiyacı olmur. Çünki bu insanların ağrısı yoxdur, gündəlik funksiyaları pozulmayıb, həyat keyfiyyətləri normaldır. Bu, daha çox çəkisi az olan və aktiv həyat tərəfdarı olan şəxslərdə müşahidə edilir”.
Artrozun əsas əlamətləri hansılardır?
Xəstəliyin ilkin və sonrakı mərhələlərində özünü büruzə verən əsas şikayətlər bunlardır:“İlkin mərhələdə ağrılar çox gəzdikdə və ya ayaq üstə çox qaldıqda yaranır. Növbəti mərhələlərdə isə ağrı hətta sakitlik vəziyyətində də narahat edir. İnsan səhər yuxudan duranda və ya uzun müddət (yarım saat, bir saat) oturduqdan sonra ayağa qalxanda kəskin ağrı və oynağın sanki kilidlənməsi (tutulması) hissi yaranır. Oynaqlarda ağrılı şaqqıltılar, tıqqıltılar eşidilir. Zamanla oynaq məsafəsi itdiyi üçün ayaqlarda vizual olaraq da görünən əyriliklər yaranır.
Artroz təkcə sümük-qığırdaq sistemi deyil, oynağın ətrafındakı yumşaq toxumaların da xəstəliyidir, bu səbəbdən dizdə şişkinliklər müşahidə oluna bilər”.
Profilaktika və Xanımlara VACİB XƏBƏRDARLIQ
Həkim travmatoloq qeyd edib ki, artrozun qarşısını almaq və ya gedişatını zəiflətmək üçün sağlam həyat tərzi sürmək və mütləq çəkini nəzarətdə saxlamaq lazımdır.O, xüsusilə xanımlara müraciət edərək bildirib ki, menopauza (aybaşı kəsilməsi) dövründən sonra qadınlarda hormonal disbalans səbəbindən sümük və qığırdaq toxuması daha kövrək olur və artroz xəstəliyi sürətlənir. Bu səbəbdən menopauza dövrünə qədəm qoyan xanımların profilaktik olaraq həm də endokrinoloq müayinəsindən keçmələri olduqca vacibdir.
Çimnaz Telmanqızı
00:03 / 22 Avqust 2026
32
23:49 / 21 Avqust 2026
51
23:00 / 21 Avqust 2026
58
22:39 / 21 Avqust 2026
58
22:25 / 21 Avqust 2026
67
22:11 / 21 Avqust 2026
73
21:57 / 21 Avqust 2026
85
21:30 / 21 Avqust 2026
76
20:56 / 21 Avqust 2026
80
20:52 / 21 Avqust 2026
68
20:14 / 21 Avqust 2026
81
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
96
19:08 / 21 Avqust 2026
173
18:46 / 21 Avqust 2026
102
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
97
18:20 / 21 Avqust 2026
77
18:10 / 21 Avqust 2026
116
17:59 / 21 Avqust 2026
101
17:45 / 21 Avqust 2026
126
17:30 / 21 Avqust 2026
106
17:10 / 21 Avqust 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.