Burun çəpəri əyriliyi hər zaman əməliyyat tələb edirmi? — Həkim AÇIQLAMASI
06 İyul 2026, 22:26
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
474
22.06.2026, 13:49
Mütəxəssislər bildirirlər ki, şəkərli diabet təkcə metabolik xəstəlik deyil, eyni zamanda ürək-damar sistemini uzunmüddətli və gizli şəkildə zədələyən ciddi risk faktorudur. Xəstəlik illər ərzində səssiz şəkildə irəliləyərək bəzən ağır və geri dönməz fəsadlara səbəb ola bilir.
Məsələ ilə bağlı terapevt İslam Əzizov Oxu24.com-a geniş açıqlama verib.
Terapevtin sözlərinə görə, diabet zamanı qanda şəkərin yüksək qalması damarların daxili qatına ciddi zərər vurur və bu proses aterosklerozun sürətlənməsinə gətirib çıxarır:“Qanda qlükozanın uzun müddət yüksək olması damar endotelini zədələyir, nəticədə damarların elastikliyi azalır və içəridə xolesterin yığıntıları daha tez formalaşır. Bu isə damarların daralmasına və qan dövranının pozulmasına səbəb olur.”
İslam Əzizov qeyd edib ki, diabetin ürəkdə yaratdığı ən ciddi fəsadlardan biri koronar arteriya xəstəliyidir. Bu zaman ürəyi qidalandıran damarlar daralır və ürək əzələsinə kifayət qədər oksigen çatmır:“Belə hallarda xəstədə stenokardiya tutmaları yaranır, vəziyyət ağırlaşdıqda isə miokard infarktı baş verə bilər.”
Mütəxəssis bildirib ki, diabet ürək çatışmazlığı riskini də əhəmiyyətli dərəcədə artırır:“Diabetli xəstələrdə ürək əzələsi zamanla zəifləyir və nasos funksiyası pozulur. Nəticədə ürək orqanizmi lazımi səviyyədə qanla təmin edə bilmir.”
Terapevt əlavə edib ki, diabetik kardiomiopatiya da xəstələrdə tez-tez rast gəlinən ağırlaşmalardandır. Bu zaman ürək əzələsinin struktur dəyişiklikləri baş verir və onun yığılma-boşalma qabiliyyəti zəifləyir.
İslam Əzizovun sözlərinə görə, diabet həmçinin ürək ritm pozğunluqlarına da yol aça bilir:“Xüsusilə qulaqcıqların səyriməsi kimi ritm pozğunluqları diabetli xəstələrdə daha çox müşahidə olunur və bu, insult riskini artırır.”
Həkim yüksək arterial təzyiq və diabetin birlikdə olmasını çox təhlükəli faktor kimi qiymətləndirib:“Hipertoniya və diabet bir arada olduqda ürək-damar sisteminə düşən yük ikiqat artır və bu, ciddi ağırlaşmaların yaranmasına səbəb olur.”
Mütəxəssis xüsusilə “səssiz infarkt” riskinə diqqət çəkib:“Diabet zamanı sinir sistemi zədələndiyi üçün bəzi xəstələr infarkt keçirsələr belə, sinə ağrısı hiss etməyə bilirlər. Bu isə diaqnozun gec qoyulmasına səbəb olur.”
İslam Əzizov bildirib ki, bu tip ağırlaşmalar daha çox uzunmüddətli diabeti olan, siqaret çəkən, artıq çəkili və az hərəkətli şəxslərdə müşahidə olunur.
Sonda terapevt diabetli xəstələrə vacib tövsiyələr verib:“Şəkərli diabeti olan şəxslər qanda qlükoza səviyyəsini daim nəzarətdə saxlamalı, müalicəni düzgün və vaxtında davam etdirməli, həmçinin arterial təzyiq və xolesterolu da mütəmadi izləməlidirlər. Profilaktik kardioloji müayinələr isə mütləq şəkildə aparılmalıdır.”
Nigar
11:10 / 07 İyul 2026
1
11:09 / 07 İyul 2026
7
11:05 / 07 İyul 2026
16
11:01 / 07 İyul 2026
49
10:53 / 07 İyul 2026
104
10:48 / 07 İyul 2026
32
10:46 / 07 İyul 2026
35
10:39 / 07 İyul 2026
51
10:32 / 07 İyul 2026
48
10:15 / 07 İyul 2026
264
10:12 / 07 İyul 2026
66
09:59 / 07 İyul 2026
65
09:58 / 07 İyul 2026
775
09:38 / 07 İyul 2026
440
09:34 / 07 İyul 2026
126
09:27 / 07 İyul 2026
64
09:24 / 07 İyul 2026
72
09:16 / 07 İyul 2026
281
09:11 / 07 İyul 2026
184
09:08 / 07 İyul 2026
66
00:44 / 07 İyul 2026
155
00:18 / 07 İyul 2026
691
00:16 / 07 İyul 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.