Burun çəpəri əyriliyi hər zaman əməliyyat tələb edirmi? — Həkim AÇIQLAMASI
06 İyul 2026, 22:26
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
444
22.06.2026, 11:23
Mütəxəssislər bildirirlər ki, saç tökülməsi, davamlı baş ağrıları, halsızlıq, bədbinlik, diqqət dağınıqlığı və depressiv əhval-ruhiyyə hər zaman yalnız nevroloji və ya psixoloji problemlərlə əlaqəli olmur. Bir çox hallarda bu şikayətlərin kökündə orqanizmdə mövcud olan vitamin, mineral və hormonal çatışmazlıqlar dayanır.
Oxu24.com-un məlumatına görə, həkimlərin sözlərinə görə, bəzi insanlar uzun müddət baş ağrılarından əziyyət çəkir, müxtəlif müayinələrdən keçir, migren diaqnozu ilə müalicə alır, hətta antidepressant və digər preparatlardan istifadə edirlər. Lakin bütün bunlara baxmayaraq nə baş ağrıları tam keçib gedir, nə də insan özünü əvvəlki kimi enerjili və gümrah hiss edir.
Mütəxəssislər hesab edirlər ki, belə hallarda ilk növbədə orqanizmin əsas göstəriciləri yoxlanılmalıdır. Xüsusilə dəmir ehtiyatlarını göstərən ferritin səviyyəsi, fol turşusu, B12 vitamini, D vitamini və qalxanabənzər vəzin fəaliyyətini əks etdirən TSH göstəricisi ətraflı qiymətləndirilməlidir.
Həkimlər vurğulayırlar ki, dəmir və ferritin çatışmazlığı yalnız qanazlığı yaratmır. Bu problem eyni zamanda saç tökülməsi, yorğunluq, başgicəllənmə, yaddaş zəifləməsi, diqqət pozğunluğu və emosional dəyişikliklərlə də özünü göstərə bilər. B12 vitamini və fol turşusunun çatışmazlığı isə sinir sisteminin fəaliyyətinə mənfi təsir göstərərək insanda depressiv əlamətlər, əsəbilik, yuxu pozuntuları və ümumi halsızlıq yarada bilər.D vitamini çatışmazlığı da son illərdə ən çox rast gəlinən problemlərdən biri hesab olunur. Araşdırmalar göstərir ki, bu vitaminin aşağı səviyyəsi əzələ zəifliyi, sümük ağrıları ilə yanaşı, əhvalın pisləşməsi və xroniki yorğunluq hissi ilə də əlaqəli ola bilər.
Mütəxəssislər bildirirlər ki, qalxanabənzər vəzin fəaliyyətində yaranan pozuntular, xüsusilə TSH göstəricisinin normadan kənara çıxması saç tökülməsi, çəki dəyişiklikləri, yuxululuq, depressiv hallar və konsentrasiya problemlərinə səbəb ola bilər.Bu səbəbdən həkimlər uzun müddət davam edən baş ağrıları, səbəbi bilinməyən yorğunluq, saç tökülməsi və depressiv əhval-ruhiyyə zamanı yalnız simptomları aradan qaldırmağa deyil, problemin kök səbəbini araşdırmağa çağırırlar. Çünki bəzən illərlə davam edən şikayətlərin arxasında sadə bir vitamin və ya mineral çatışmazlığı dayanır.
Mütəxəssislərin fikrincə, düzgün diaqnostika və vaxtında aparılan müalicə nəticəsində bu çatışmazlıqlar aradan qaldırıldıqda həm ümumi sağlamlıq vəziyyəti yaxşılaşır, həm də insanın həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlir. Buna görə də davamlı şikayətlər zamanı özbaşına dərman qəbul etmək əvəzinə həkim müayinəsindən keçmək və lazımi laborator analizləri etdirmək tövsiyə olunur.
Turan
11:10 / 07 İyul 2026
1
11:09 / 07 İyul 2026
7
11:05 / 07 İyul 2026
16
11:01 / 07 İyul 2026
49
10:53 / 07 İyul 2026
104
10:48 / 07 İyul 2026
32
10:46 / 07 İyul 2026
35
10:39 / 07 İyul 2026
51
10:32 / 07 İyul 2026
48
10:15 / 07 İyul 2026
264
10:12 / 07 İyul 2026
66
09:59 / 07 İyul 2026
65
09:58 / 07 İyul 2026
775
09:38 / 07 İyul 2026
440
09:34 / 07 İyul 2026
126
09:27 / 07 İyul 2026
64
09:24 / 07 İyul 2026
72
09:16 / 07 İyul 2026
281
09:11 / 07 İyul 2026
184
09:08 / 07 İyul 2026
66
00:44 / 07 İyul 2026
155
00:18 / 07 İyul 2026
691
00:16 / 07 İyul 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.