Hər səhər qəhvə içənlər bunu BİLMƏLİDİR!
11 Noyabr 2026, 10:13
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
578
28.05.2026, 22:00
Gecə tərləməsi bir çox hallarda normal fizioloji səbəblərlə bağlı ola bilər və hər zaman ciddi xəstəlik göstəricisi sayılmır.
Bu barədə Oxu24.com-a açıqlama verən həkim infeksionist Zəba Hüseynova bildirib ki, insanlar gecə tərləməsi yaşadıqda dərhal ağır xəstəliklərdən şübhələnməməlidirlər, lakin bəzi hallarda bu əlamət diqqətdən qaçırılmamalıdır.
Həkimin sözlərinə görə, gecə tərləməsinin ən çox rast gəlinən səbəbləri arasında otaq temperaturunun yüksək olması, qalın örtüklərdən istifadə, stress və emosional gərginlik, hormonal dəyişikliklər, eləcə də bəzi dərman preparatlarının təsiri yer alır. Bundan əlavə, xroniki ürək və ağciyər xəstəlikləri olan şəxslərdə də gecə tərləmələri müşahidə oluna bilər.
Zəba Hüseynova qeyd edib ki, gecə tərləməsi təkbaşına olduqda çox zaman ciddi problemə işarə etmir. Lakin bu əlamət digər klinik simptomlarla birlikdə müşahidə olunduqda vəziyyət daha ciddi qiymətləndirilməlidir.
Həkim bildirib ki, aşağıdakı əlamətlər gecə tərləməsi ilə birlikdə ortaya çıxarsa, mütləq şəkildə həkimə müraciət edilməlidir: uzunmüddətli və izahsız hərarət, davamlı və keçməyən öskürək, boyun və ya digər nahiyələrdə limfa düyünlərinin böyüməsi, səbəbsiz çəki itkisi, uzun sürən halsızlıq, eləcə də əzələ və oynaq ağrıları.
Mütəxəssisin sözlərinə görə, bu tip simptomlar bəzi infeksion xəstəliklərin və sistemik xəstəliklərin ilkin əlamətləri ola bilər. Xüsusilə infeksion proseslərdə orqanizmin immun reaksiyası nəticəsində gecə tərləmələri daha qabarıq şəkildə özünü göstərə bilər.
Həkim infeksionist əlavə edib ki, insanların çoxu gecə tərləməsini əhəmiyyətsiz sayaraq uzun müddət həkimə müraciət etmir. Lakin əgər bu vəziyyət yuxarıda sadalanan simptomlarla birgə davam edirsə, erkən diaqnoz üçün tibbi müayinə mütləqdir.
Zəba Hüseynova vurğulayıb ki, xüsusilə uzunmüddətli simptomlar orqanizmdə gedən ciddi proseslərin xəbərçisi ola bilər və vaxtında müdaxilə həm müalicənin effektivliyini artırır, həm də ağırlaşmaların qarşısını alır.
Sonda həkim vətəndaşlara tövsiyə edib ki, gecə tərləməsi təkbaşına qorxulu olmasa da, digər xəbərdaredici əlamətlərlə birlikdə müşahidə olunduqda bunu laqeyd yanaşmadan mütəxəssisə müraciət etsinlər.
HAZIRLADI: TURAN
10:56 / 11 Noyabr 2026
1
10:51 / 11 Noyabr 2026
24
10:48 / 11 Noyabr 2026
29
10:45 / 11 Noyabr 2026
39
10:33 / 11 Noyabr 2026
49
10:19 / 11 Noyabr 2026
63
10:13 / 11 Noyabr 2026
61
10:10 / 11 Noyabr 2026
71
10:10 / 11 Noyabr 2026
197
10:09 / 11 Noyabr 2026
113
09:56 / 11 Noyabr 2026
70
09:37 / 11 Noyabr 2026
754
09:35 / 11 Noyabr 2026
104
09:29 / 11 Noyabr 2026
85
09:25 / 11 Noyabr 2026
92
09:24 / 11 Noyabr 2026
80
09:22 / 11 Noyabr 2026
115
09:20 / 11 Noyabr 2026
85
08:58 / 11 Noyabr 2026
141
08:53 / 11 Noyabr 2026
499
01:50 / 11 Noyabr 2026
426
01:00 / 11 Noyabr 2026
202
00:31 / 11 Noyabr 2026
285
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.