Qarpızların gizli təhlükəsi
25 İyul 2026, 10:59
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
492
20.05.2026, 17:10
Bir çox insan dərman qutularının üzərində yazılan CR, SR, XR, MR, ODT və EC kimi qısaltmaları görsə də, onların nə mənaya gəldiyini bilmir. Halbuki bu işarələr sadəcə texniki ad deyil, dərmanın orqanizmdə necə təsir göstərəcəyini və necə qəbul edilməli olduğunu müəyyən edən vacib göstəricilərdir.
Oxu24.com xəbər verir ki, mütəxəssislər bildirirlər ki, dərmanın üzərində yazılan bu qısaltmalar onun bədəndə sorulma sürətini, təsir müddətini və istifadə qaydasını göstərir. Buna görə də həmin preparatları düzgün istifadə etməmək dərmanın effektini azalda və hətta yan təsirləri artıra bilər.
Ən çox rast gəlinən qısaltmalardan biri CR və SR-dir. Bu ifadələr “kontrollu” və ya “yavaş buraxılan” dərman forması deməkdir. Belə preparatlar bədəndə tədricən həll olur və təsirini uzun müddət ərzində göstərir. Bu səbəbdən gün ərzində daha az qəbul edilir və qanda dərman səviyyəsini daha stabil saxlayır.
XR və MR yazılan preparatlar isə “uzadılmış təsirli” dərmanlar hesab olunur. Bu tip preparatlar dərmanın birdən-birə deyil, mərhələli şəkildə orqanizmə keçməsini təmin edir. Nəticədə təsir daha uzunmüddətli və stabil olur.
ODT qısaltması isə ağızda əriyən tabletləri ifadə edir. Bu dərmanlar su olmadan belə qəbul edilə bilər və ağız boşluğunda sürətlə həll olur. Xüsusilə udmaqda çətinlik çəkən şəxslər üçün belə preparatlar daha rahat hesab olunur.
EC və ya “enterik örtüklü” preparatlar isə mədədə deyil, bağırsaqda həll olur. Bu texnologiya dərmanın mədə turşusundan qorunmasına və birbaşa bağırsaqda təsir göstərməsinə kömək edir. Eyni zamanda mədə qıcıqlanmasının qarşısını almaq üçün istifadə olunur.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, CR, SR, XR və MR tipli dərmanları qətiyyən bölmək, sındırmaq və ya çeynəmək olmaz. Çünki həmin preparatların xüsusi qoruyucu örtüyü var və bu örtük pozulduqda dərman birdən-birə orqanizmə keçə bilər. Bu isə həm təsirin pozulmasına, həm də yan təsirlərin artmasına səbəb ola bilər.
Həkimlər qeyd edirlər ki, yalnız bəzi sadə tabletlər üzərində xüsusi bölmə xətti olduqda və həkim məsləhəti ilə iki hissəyə bölünə bilər. Lakin bağırsaqda həll olan, ağızda əriyən və uzunmüddətli təsirə malik preparatların bölünməsi təhlükəli hesab olunur.
Mütəxəssislər vurğulayırlar ki, dərmanın forması onun təsir mexanizminin əsas hissəsidir. Buna görə də preparatları qəbul etməzdən əvvəl qutunun üzərindəki işarələrə diqqət etmək və həkim və ya əczaçı məsləhətinə əməl etmək vacibdir.
Nigar
13:40 / 26 İyul 2026
50
13:25 / 26 İyul 2026
48
12:55 / 26 İyul 2026
106
12:35 / 26 İyul 2026
85
12:30 / 26 İyul 2026
164
12:23 / 26 İyul 2026
747
12:15 / 26 İyul 2026
88
12:00 / 26 İyul 2026
82
11:35 / 26 İyul 2026
558
11:30 / 26 İyul 2026
100
11:21 / 26 İyul 2026
168
11:13 / 26 İyul 2026
99
11:10 / 26 İyul 2026
79
11:05 / 26 İyul 2026
1028
10:55 / 26 İyul 2026
83
10:47 / 26 İyul 2026
733
10:40 / 26 İyul 2026
79
09:50 / 26 İyul 2026
89
09:44 / 26 İyul 2026
739
09:43 / 26 İyul 2026
91
00:24 / 26 İyul 2026
157
23:29 / 25 İyul 2026
104
22:59 / 25 İyul 2026
160
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.