Ağciyər xərçəngi niyə gec aşkarlanır?
07 İyul 2026, 17:30
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
460
19.05.2026, 17:05
Göz sağlamlığı bir çox amillərlə yanaşı, insanın işlədiyi mühitdən də birbaşa asılıdır. Gün ərzində uzun müddət çətin şəraitdə işləmək, yüksək temperatur, külək, toz və ya ekran qarşısında fasiləsiz fəaliyyət göz xəstəliklərinin yaranma riskini artıra bilər.
Mövzu ilə bağlı Oxu24.com saytına açıqlama verən oftalmoloq Benjamin Kərimov bildirir ki, göz xəstəliklərinə ən çox məruz qalan ilk qrup açıq havada, kəskin iqlim şəraitində çalışan insanlardır. Buraya çöldə işləyən mühəndislər, fermerlər və fiziki əmək fəaliyyəti ilə məşğul olan şəxslər daxildir. Onların gözləri günəş şüası, isti hava və külək kimi xarici təsirlərə daha çox məruz qalır.
Həkimin sözlərinə görə, ikinci risk qrupuna yüksək temperatur və istilik mənbələri ilə işləyən şəxslər daxildir. Bu sahəyə metallurgiya, istehsalat sexləri və soba, od və ya yüksək istiliklə bağlı işlərdə çalışan insanlar aiddir. Belə mühitlərdə göz quruluğu və qıcıqlanma halları daha tez-tez müşahidə olunur.
Benjamin Kərimov qeyd edir ki, üçüncü risk qrupu isə uzun müddət kompüter və rəqəmsal ekran qarşısında işləyən insanlardır. Xüsusilə İT sektorunda çalışanlar gün ərzində fasiləsiz ekran istifadəsi səbəbindən göz yorğunluğu, quruluq, bulanıq görmə və diqqət azalması kimi problemlərlə daha çox üzləşirlər.
Mütəxəssis bildirir ki, bu halların qarşısını almaq üçün düzgün iş rejimi, müntəzəm fasilələr və gözlərin dincəlməsi vacibdir. Eyni zamanda açıq havada işləyən şəxslər üçün qoruyucu eynəklərdən istifadə, kompüter qarşısında çalışanlar üçün isə 20-20-20 qaydasına əməl etmək tövsiyə olunur.
Benjamin Kərimov vurğulayır ki, göz xəstəlikləri təkcə genetik və ya yaşla bağlı deyil, həm də gündəlik iş şəraiti ilə birbaşa əlaqəlidir və vaxtında profilaktik tədbirlər görmək ciddi problemlərin qarşısını ala bilər.
Şahbaz
22:44 / 07 İyul 2026
30
22:33 / 07 İyul 2026
43
22:25 / 07 İyul 2026
42
21:41 / 07 İyul 2026
65
21:07 / 07 İyul 2026
84
20:33 / 07 İyul 2026
85
20:23 / 07 İyul 2026
86
20:01 / 07 İyul 2026
84
19:57 / 07 İyul 2026
100
19:44 / 07 İyul 2026
100
19:22 / 07 İyul 2026
94
18:58 / 07 İyul 2026
104
18:26 / 07 İyul 2026
110
18:11 / 07 İyul 2026
100
17:55 / 07 İyul 2026
122
17:55 / 07 İyul 2026
99
17:40 / 07 İyul 2026
105
17:38 / 07 İyul 2026
104
17:30 / 07 İyul 2026
113
17:22 / 07 İyul 2026
111
17:18 / 07 İyul 2026
119
17:11 / 07 İyul 2026
105
17:05 / 07 İyul 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.