ALT və AST göstəriciləri heç də həmişə xəstəliyin ağırlıq dərəcəsi ilə uyğun gəlmir
19 May 2026, 20:38
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
598
24.11.2025, 16:18
Bəzən valideynlər "uşağın ayağı ağrıyır","gecə yuxudan oyadır" deyə şikayətlənirlər.
Bəs,bu uşaq üçün təhlükəlidirmi?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı danışan pediatr Ülvi Əliyev bildirib ki,ağrı-bədənin keşikçisidir.Uşaqlarda ayaq ağrısı bir çox sistem xəstəliklərinin əlaməti ola bilər.
Həkimin sözlərinə görə,infeksiya(virus mioziti,vərəm,sifilis,osteomielit)metabolik xəstəliklər(raxit,A və D vitamini çatışmazlığı,Goşe xəstəliyi,renal tubulyar asidoz)neoplastik hallar(limfoma,leykoz,Yuing sarkoması,osteoma,onurğa beyin şişləri)travmatik(sınıq,çat)və digər(fibromialgiya,oraqvari hüceyrə anemiyası,kramplar,idiopatik yuvenil artrit və s) xəstəliklərin ilkin əlaməti də bu ağrılarla müşahidə oluna bilər.
Siyahıda ciddi xəstəliklərin olması əsaslı araşdırma tələb edir.Ancaq "böyümə ağrıları" çox rast gəldiyi üçün bunun üzərinə fokuslanmaq yaxşı olar.
Əgər:
Ağrı ikitərəflidirsə,fiziki hərəkətlə artmırsa,daha çox axşam və gecə başlayırsa,isti və ağrıkəsici qəbulu ilə qısa müddətdə keçirsə,uşağın ümumi vəziyyəti və müayinəsi normaldırsa böyümə ağrılarına daha çox uyğundur.
Əskində termin olaraq ad özünü doğrultmur.Çünki böyümə oynaqda olur,amma ağrı daha çox baldır və bud əzələlərindədir,boyatma ən çox yeniyetmə yaşda başlayır.Bu ağrılar isə əsasən 3-12 yaş arası rast gəlib,aylar,illər uzunu davam edə bilirlər.Adı "böyümə"olsa da ona təsiri və dəxli yoxdu.
Qızlarda oğlanlardan daha çox rast gəlinir.D vitamini az olanlarda daha çox görülür.Ailə üzvlərində uşaq vaxtı olubsa digər uşaqlarda da görülmə ehtimalı var.
Yenə də ayaq ağrısı şikayəti zamanı bir həkimin fikrini öyrənmək məsləhətdir.Sizə və övladlarınıza sağlıqlı həyat diləyi ilə...
Hazırladı: Jalə
16:11 / 20 May 2026
1
16:02 / 20 May 2026
28
15:54 / 20 May 2026
57
15:51 / 20 May 2026
32
15:42 / 20 May 2026
36
15:36 / 20 May 2026
100
15:31 / 20 May 2026
34
15:19 / 20 May 2026
251
15:16 / 20 May 2026
156
15:01 / 20 May 2026
217
14:57 / 20 May 2026
56
14:55 / 20 May 2026
56
14:40 / 20 May 2026
130
14:36 / 20 May 2026
70
14:30 / 20 May 2026
64
14:26 / 20 May 2026
107
14:01 / 20 May 2026
66
13:52 / 20 May 2026
68
13:45 / 20 May 2026
418
13:44 / 20 May 2026
903
13:27 / 20 May 2026
98
13:23 / 20 May 2026
70
13:20 / 20 May 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.