Prezident onları TƏBRİK ETDİ
15 Noyabr 2026, 20:09
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
43
15.11.2026, 20:39
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur. Onun rəhbərliyi və dəstəyi ilə milli televiziya və radio yayımının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı potensialının artırılması, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm addımlar atılıb. Heydər Əliyev teleradionu xalqla dövlət arasında mühüm əlaqə vasitəsi, milli birliyin və ideoloji bütövlüyün qorunmasında təsirli platforma kimi qiymətləndirirdi.
Oxu24.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə televiziya və radio işçilərinə ünvanladığı təbrikdə yer alıb.
"Bu gün Azərbaycan radio və televiziyası müasir texnologiyaların imkanlarından yararlanaraq öz fəaliyyətini yeni dövrün tələblərinə uyğun qurur, ölkəmizin uğurlarını, zəngin mədəniyyətini və milli maraqlarını geniş auditoriyaya çatdırır. Bu məsuliyyətli və şərəfli işdə çalışan hər bir əməkdaşın zəhməti xüsusi təqdirəlayiqdir.
İnanıram ki, milli radio və televiziyamız bundan sonra da obyektivliyin, peşəkarlığın və milli-mənəvi dəyərlərə sədaqətin nümunəsi olacaq, Azərbaycan cəmiyyətinin inkişafına və dövlətçiliyimizin möhkəmlənməsinə layiqli töhfələr verəcəkdir", - təbrikdə qeyd olunub.
20:44 / 15 Noyabr 2026
26
20:30 / 15 Noyabr 2026
67
20:09 / 15 Noyabr 2026
249
19:51 / 15 Noyabr 2026
265
19:37 / 15 Noyabr 2026
83
19:17 / 15 Noyabr 2026
92
19:09 / 15 Noyabr 2026
90
18:40 / 15 Noyabr 2026
105
18:05 / 15 Noyabr 2026
141
17:53 / 15 Noyabr 2026
1775
17:43 / 15 Noyabr 2026
731
17:16 / 15 Noyabr 2026
617
17:12 / 15 Noyabr 2026
3295
17:09 / 15 Noyabr 2026
117
15:50 / 15 Noyabr 2026
130
15:25 / 15 Noyabr 2026
165
15:15 / 15 Noyabr 2026
148
14:47 / 15 Noyabr 2026
212
14:34 / 15 Noyabr 2026
415
14:25 / 15 Noyabr 2026
171
14:19 / 15 Noyabr 2026
143
14:02 / 15 Noyabr 2026
576
13:27 / 15 Noyabr 2026
423
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.