Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
660
21.11.2025, 23:29
Autizmi peyvəndlərmi yaradır?
İnsanlar,xüsusən də övladlarında autizm və nevroloji xəstəliklər olan bir çox valideynlər düşünür ki,"xəstəlik peyvənddən sonra yaranıb".Təqsigkar peyvənddir.
Bu nə dərəcədə düzgündür?
Mövzu ilə bağlı Oxu24.com-a danışan pediatr Ülvi Əliyev bildirib ki,əslində isə autizmin ilk əlamətləri o qədər zəifdir ki,yalnız fövqəladə təcrübəli həkimlər onu sezə bilər.Diaqnoz əsasən bir yaşdan sonra(ən erkən 18 ayda)qoyulur.Və ona qədər hamının nəzərində sağlam olan uşaq bu diaqnozu alanda "günah keçisi" peyvənd olur.
Bu müəyyən qədər serebral iflic üçün də keçərlidir.
Göz təması qurmayan,işarə etməyən,leksikonunda söz ehtiyatı az olan,davamlı eyni yeməkləri yeyən uşaqlar xüsusi nəzarətdə olmalıdır.
Autizm niyə son dövrlər çoxdu?Hər 35 uşaqdan biri...
Atanın yaşlı olması,aşağı çəkili və prematür doğumların sayının artması,hipoksik doğum,hava kirliliyi,pestisid məruziyəti,diabet,hətta interneti belə səbəb sayan var.Oğlanlarda qızlardan 4 dəfə daha çoxdu.Ailədə bir uşaqda varsa digərlərində də olma riski var.
Autizmdə qlütensiz,kazeinsiz qidalanma və ketogen dietanın effektiv olduğunu düşünən çoxdu.Anma sübutunu tapmayıb hələ də.
Bəzi autizmlilər "savant" olurlar.Bu fövqəladə qabiliyyətdir.Məşhir "Yağış adamı" filminin qəhrəmanı Reymondun prototipi Kim Pik iki səhifəni eyni zamanda oxuya bilir,oxuduğunun 98%ni yadda saxlayır,7500 kitabı sadalaya bilirmiş.Daniel Tammet ,pi ədədini , işarəsindən sonra 22514 rəqəmə qədər sayırmış,bir həftəyə island dilini öyrənmişdi.
Məşhurlar çoxdu: Ekologiya fəalı Greta Tunberq,aktyor Antoni Hopkins,"Pokemon oyununun yaradıcısı Satosi Tadziri,camaatın Belqeyis kimi tanıdığı Microsoft rəhbəri və s...
Hazırladı: Jalə
23:35 / 15 Noyabr 2026
1
23:32 / 15 Noyabr 2026
21
23:07 / 15 Noyabr 2026
180
22:43 / 15 Noyabr 2026
128
22:34 / 15 Noyabr 2026
90
22:24 / 15 Noyabr 2026
76
22:05 / 15 Noyabr 2026
902
21:57 / 15 Noyabr 2026
388
21:37 / 15 Noyabr 2026
1155
21:07 / 15 Noyabr 2026
1102
20:58 / 15 Noyabr 2026
523
20:55 / 15 Noyabr 2026
143
20:44 / 15 Noyabr 2026
344
20:39 / 15 Noyabr 2026
129
20:30 / 15 Noyabr 2026
156
20:09 / 15 Noyabr 2026
419
19:51 / 15 Noyabr 2026
449
19:37 / 15 Noyabr 2026
150
19:17 / 15 Noyabr 2026
153
19:09 / 15 Noyabr 2026
138
18:40 / 15 Noyabr 2026
157
18:05 / 15 Noyabr 2026
168
17:53 / 15 Noyabr 2026
2131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.