Kişilər bu qidalardan YEMƏLİDİRLƏR
22 May 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1456
10.11.2025, 18:40
"Ögey ana"filminin məşhur səhnəsi yəqin ki, yadınızdadır.Qızdırmanı salmaq üçün eşşək südü ilə sarımsağın qarışımı məsləhət görülür.El arasında isə adətən davamlı öskürək tutmalarında bu vasitəyə əl atılarmış.
İndiki zamanda uşaqlarda inək südü allergiyası hallarında bir sıra ölkələrdə alternativ vasitə kimi eşşək südü istifadə edilir.
Azərbaycanda eşşək əti yeyilməsə də,südündən istifadə olunur.Bəs,eşşək südünün tərkibi nədir?
Mövzu ilə bağlı Oxu24.com-a danışan pediatr Ülvi Əliyev bildirib ki,tərkibi keçi südünə yaxındır,şəkəri çox,yağı az,zülalı yüksəkdi.
Pediatrın sözlərinə görə,kron xəstəliyinin müalicəsində effektli ola biləcəyi düşünülür.Allergik astmada heyvan modellərində müsbət təsiri barədə məqalələr var.Tip 2 şəkərli diabet müalicəsində müsbət nəticələri görülüb.
Tərkibində eşşək südü olan sabun və kremlər Avropada istehlakda var.
Eşşək südü A və C vitamini,kalsium və selenlə zəngindir.Lizosim və alfa laktalbumin yüksəkliyi antimikrob təsiri ilə əlaqəlidir.
Bundan əlavə eşşək südünün tərkibində inək südündən 9 qat çox taurin var.Taurin faydalı aminturşudu.Kazein zülalı azdı deyə allergiyalarda yaxşı təsir edir.
Eşşək südü həmçinin qədimdən kosmetik vasitə kimi istifadə edilib.Misir Hökmdarı Kleopatra ,Roma imperatorlarının zövcələri Messalina,Poppeya Sabina bu südlə vanna qəbul ediblər,Napoleonun bacısı Polina Borgeze üzündəki qırışları azaltmaq üçün istifadə edib.
Hippokrat qızdırma,öskürək,burun qanaxması,ödem kimi hallarda eşşək südünü tövsiyə edib.
XIX əsr Fransasında yetim uşaqları eşşək südü ilə bəsləyirmişlər.
Bir heyvandan gündə 1litr süd sağmaq olur.İçməzdən əvvəl mütləq qaynatmaq lazımdır.
Hazırladı: Nigar
01:03 / 23 May 2026
103
00:16 / 23 May 2026
133
00:09 / 23 May 2026
144
00:06 / 23 May 2026
110
00:04 / 23 May 2026
68
00:00 / 23 May 2026
138
23:49 / 22 May 2026
93
23:45 / 22 May 2026
230
23:43 / 22 May 2026
157
23:38 / 22 May 2026
105
23:30 / 22 May 2026
168
23:30 / 22 May 2026
92
23:19 / 22 May 2026
103
23:18 / 22 May 2026
121
23:14 / 22 May 2026
114
23:02 / 22 May 2026
306
22:56 / 22 May 2026
84
22:56 / 22 May 2026
85
22:52 / 22 May 2026
149
22:47 / 22 May 2026
80
22:40 / 22 May 2026
215
22:34 / 22 May 2026
857
22:16 / 22 May 2026
222
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.