Kişilər bu qidalardan YEMƏLİDİRLƏR
22 May 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1145
04.11.2025, 16:49
Azərbaycanda dağınıq skleroz – MS xəstələri ciddi problemlə üzləşiblər.
Belə ki,xəstələrin müalicəsi üçün nəzərdə tutulan avonex iynəsi çatışmır. Daha doğrusu bu xəstəlikdən əziyyət çəkənlərə verilməli olan 4 qutu iynədən,yalnız iki qutusu TƏBİB tərəfindən verilir.Bu isə müalicənin effektini yarıya endirir.
Bu barədə Oxu24.com-a müraciət edən MS xəstəliyindən əziyyət çəkən Zaur Həmidov məlumat verib.
Onun sözlərinə görə,MS xəstələri üçün ayda vurulmalı olan 4 qutu iynəni tam miqdarda əldə edə bilmir.Bu səbəbdən də müalicəsi yarımçıq qalır.Bu isə onu çox narahat edir.
"Bununla bağlı TƏBİB-in qaynar xəttinə zəng etdim.Mənə bildirdilər ki, MS xəstələrinin sayı çox olduğu üçün iynə çatmır.Vəziyyətin nə vaxt düzələcəyini bildirmədilər",-deyə şikayətçi qeyd edib.
Oxu24.com sözügedən "Avonex" iynəsi barədə araşdırma aparıb.İsveçrə istehsalı olan iynənin qiyməti 1100-1200 AZN-dir.Qiymət belə baha olduğundan qara bazarda bu iynəni əldə etmək bir qədər də bahalaşır.Bu,zaman qiymət 1500 AZN-ə qədər qalxa bilir.
Qeyd edək ki,sözügedən iynə MS xəstələrinə həftədə 1 dəfə vurulmalıdır.
Dağınıq skleroz mərkəzi sinir sisteminin uzun müddətli (xroniki) bir xəstəliyidir. Bədənin səhvən özünə hücum etdiyi bir vəziyyət olan autoimmun bir pozğunluq olduğu düşünülür.
Dağınıq skleroz, insanları fərqli şəkildə təsir edir. Bəzi şəxslərdə yalnız yüngül simptomlar ola bilər. Bəziləri isə beyin ilə bədənin digər hissələri arasındakı əlaqə pozulduğunda aydın görmə, yazma, danışma və ya yeriyə bilmə qabiliyyətlərini itirə bilərlər.
Dağınıq skleroz-da immun sistemi sinir liflərini əhatə edən qoruyucu qılafa (mielin) hücum edir. Beyinlə bədənin geri qalanı arasında ünsiyyət problemlərinə səbəb olur. Nəhayət xəstəlik sinir liflərində daimi zədələnməyə və ya pozulmaya səbəb ola bilər.
Dağınıq skleroz-un bir müalicəsi yoxdur. Ancaq sağalmağı sürətləndirməyə, xəstəliyin gedişatını dəyişdirməyə və simptomları idarə etməyə kömək edən müalicələr vardır.
Xatırladaq ki, Prezident İlham Əliyev sonuncu dəfə 2018-ci ilin fevralında “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Dağınız skleroz (MS) xəstələrinə dərmanlar dövlət tərəfindən pulsuz verilir.
Oxu24.com məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlayıb.
Miri Məcidli
19:52 / 23 May 2026
91
19:44 / 23 May 2026
213
19:32 / 23 May 2026
101
19:30 / 23 May 2026
68
19:26 / 23 May 2026
61
19:19 / 23 May 2026
59
19:02 / 23 May 2026
69
18:39 / 23 May 2026
71
18:35 / 23 May 2026
393
18:33 / 23 May 2026
82
18:27 / 23 May 2026
74
18:23 / 23 May 2026
65
18:09 / 23 May 2026
87
18:00 / 23 May 2026
79
17:46 / 23 May 2026
83
17:43 / 23 May 2026
291
14:55 / 23 May 2026
791
14:53 / 23 May 2026
236
14:51 / 23 May 2026
253
11:44 / 23 May 2026
116
11:41 / 23 May 2026
137
11:40 / 23 May 2026
107
10:08 / 23 May 2026
193
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.