Kişilər bu qidalardan YEMƏLİDİRLƏR
22 May 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1309
04.11.2025, 15:09
Bu gün bəşəriyyətin üzləşdiyi bəlalardan biri də xərçəng xəstəliyidir.
Dünyada olduğu kimi Azərbaycanda da bu xəstəliklə mübarizə aparılmaqdadır.Tibb sahəsində çalışan şəxslərin mübarizəsi davam etsə də,bəzən cəmiyyətin maariflənməsinə də ehtiyac qalır.
Oxu24.com saytı əhalini maarifləndirmək və xəstəliklərin qarşısının daha erkən alınmasında iştirak etmək məqsədi ilə yeni “Tibbi maarifləndirmə” layihəsinə start verir.
Bu dəfə danışacağımız mövzu xərçəng xəstəliyinin ilkin simptomları ilə bağlıdır. Bu barədə Oxu24.com-un suallarını Milli Onkologiya Mərkəzinin həkimi,onkoloq Nurlana Əliyeva cavablandırıb.
Onkoloq Nurlana Əliyevanın sözlərinə görə,xərçəngə tutulmuş orqanizm özündə müəyyən dəyişiklikləri biruzə verir. Orqanizmdə baş vermiş dəyişikliyi adi gözlə də görmək mümkün olur.Həmçinin xərçəngə tutulmuş insan özündə müəyyən halların baş verdiyini hiss edə bilir.
Bunlar aşağıdakılardır:Daimi halsızlıq,yorğunluq,çəki itirmək,bədən hərarətinin dəyişməsi,yuxusuzluq,ishal,qəbizlik,öskürək olması,bəlğəmin olması və bəlğəmdə qoxunun olması,dərinin rənginin dəyişməsi,yəni saralması,avazıması,düz bağırsaqdan,ginekoloji üzvlərdən qanaxma əlamətlərinin olması,bədənin hər hansı bir nahiyəsində əllənən törəmənin olması, yaxud da şişkinliyin olması,xalların olması və ölçüsünün və rənginin dəyişməsi.Xərçəngə tutulmuş orqanizmdə olan xallar Günəş şüaları ilə təmasda rəngini dəyişir,tündləşir.Yaxud da,Günəş şüaları olmasa belə ölçüdə və rənglərdə dəyişiklik müşahidə olunur.Bu da orqanizm üçün bir siqnaldır.
Bunlar onkoloji xəstəliklərin ilkin əlamətləri ola bilər. Sadalanan bu hallardan hər hansı biri ilə rastlaşan şəxslərin həkim-onkoloqa müraciət etməsi və müayinələrdən keçməsi tövsiyə olunur.Çünki,bütün xəstəliklərdə olduğu kimi burada da erkən və düzgün dioqnoz uğurlu müalicənin əsasını təşkil edir.
Mövzunun davamı olacaq.
Həkimlə əlaqə:050 226 44 62
İnstagram hesabı: dr.nurlanaaliyeva
Hazırladı: Miri Məcidli
19:52 / 23 May 2026
91
19:44 / 23 May 2026
213
19:32 / 23 May 2026
101
19:30 / 23 May 2026
68
19:26 / 23 May 2026
61
19:19 / 23 May 2026
59
19:02 / 23 May 2026
69
18:39 / 23 May 2026
71
18:35 / 23 May 2026
393
18:33 / 23 May 2026
82
18:27 / 23 May 2026
74
18:23 / 23 May 2026
65
18:09 / 23 May 2026
87
18:00 / 23 May 2026
79
17:46 / 23 May 2026
83
17:43 / 23 May 2026
291
14:55 / 23 May 2026
791
14:53 / 23 May 2026
236
14:51 / 23 May 2026
253
11:44 / 23 May 2026
116
11:41 / 23 May 2026
137
11:40 / 23 May 2026
107
10:08 / 23 May 2026
193
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.