Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə
15 Yanvar 2026, 10:39
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
550
01.11.2025, 08:20
Hippokrat yazırdı: “Yeməyiniz dərmanınız olsun, amma dərmanınız yeməyiniz olmasın”. Bəli, sağlam qida insan bədəninə bütün dərmanlardan daha faydalıdır. Lakin dediyim kimi, sağlam qida. Bəs yediyimiz yumurtalar sağlamdırmı? Burada yumurtanın ölçüsündən, rəngindən deyil, tərkiblərindən danışıram. Çoxunuz yumurta alarkən onun tarixi ilə maraqlanır. Təzə olub olmadığını yoxlayır. Bəs həmin yumurtanı yumrutlayan toyuqlar barədə heç düşünürsüzmü, görəsən bu toyuqlar sağalamdırmı, hansı şəraitdə böyüyür, nə yeyir? Bu sualı satıcıya versəniz, yəqin ki səmimi cavab almarıq.
Xatırlayırsızsa, bir müddət öncə broyler toyuqlar haqda video hazırlamışdım. Həmin videoda toyuqların tez böyüməsi üçün onların başlarına gətirilən oyunlardan danışmışdım. Bu gün isə həmin toyuqların yumurtalarından danışacam. Diqqətiniz məndə olsun.
Toyuq təbii şəraitdə, hormonlarsız, ot və həşəratlarla qidalandıqda sağlam olurlar. Sağlam bir toyuğun yumurtladığı yumurta da təbii ki sağlam olur. Belə yumurtalar vitaminlər və doymamış yağ turşuları olan Omeqa-3, eləcə də, D vitamini ilə zəngindir. D vitamini çatışmazlığından əziyyət çəkirsiz? Deməli sağlam yumurta yemirsiniz. Əgər toyuqlar məhdud şəraitdə, quşçuluq fermasında yetişdirilibsə, yumurtanın tərkibində bu qədər vitamin olmur. Əksinə zərər verə bilir.
Toyuqlar stresə düşür.
Kənd toyuqları daim hərəkətdə olduqları üçün stress altında deyillər. Lakin broyler toyuğunu təmiz havaya buraxmırlar, nə qaçır, nə də günəş işığı görürlər. Toyuq stressdə olduqda, bu, birbaşa dölə, yəni onun yumurtasına təsir edir. Nəticə etibarı ilə əti də, yumurtası da keyfiyyətsiz olur.
Əslində burada problem toyuqların saxlanıldığı şəraitdir. Dar qəfəslərdə hər kvadratmetrə düşən toyuq sayının çox olması, onların saxlanılığı yerlərin həddin artıq işıqlandırılması, ventilyasiya sisteminin zəif olması toyuqlarda stresə və hətta onların bir-birlərini yeməsinə belə gətirib çıxara bilir. Toyuqlar bir-birini dimdikləyərək yaralayır, sonra qanı və digər toxumaları ilə qidalanmağa başlayırlar. Avropada bu problemi aradan qaldırmaq üçün 2012-ci ildən baraban tipli qəfəsli quşçuluq sistemi qadağan edilib. Çünki bu qəfəslərdə toyuğun bircə qanad açması üçün belə yer yoxdur. Lakin digər ölkələrdə toyuqların bir-birinə zərər verməsinin qarşısını almaq başqa bir vasitəyə əl atırlar. İstehsalçılar heyvanların qidalarına sakitləşdirici dərman əlavə edirlər. Nəticədə toyuqlar bir-birlərini özldürmürlər.
Böyümə prosesinə müdaxilə edilməyən toyuqlar daha uzun yaşayır və yağlı olurlar. Bu cür sağlam toyuqların yediyi keyfiyyətli qidalar onların yumurtalarına da təsir edir. Bu cür yumurtalar qiymətli zülal və yağ turşuları yüksək oolur. Lakin tez kökəlməsi üçün hazır qidalar və hormonlarla böyüdülən toyuqlar isə yemin tərkibindəki qida maddələrindən təsirlənir. Həmin yemdə toplanan pestisidlər və ağır metallar onların hüceyrə quruluşunu pozur. Bütün bu amillər həmin toyuqları və onların yumurtalarını keyfiyyətsiz qida mənbəyinə çevirir. Biz də onu yeyərək sağlamlığımızı riskə atmış oluruq.
Həmçinin oxuyun
Tünd rəngli yumurtaların ağ yumurtalardan daha sağlam və faydalı olduğu haqda cəmiyyətdə yayılan fikirlər səhvdir. Yumurtanın qabığının rənginin onun keyfiyyətinə heç bir aiddiyatı yoxdur. Çünki qida maddələrinin tərkibi qabığın rəngindən deyil, toyuqların saxlanma və qidalanma şəraitindən asılıdır. Üzərində saman və toyuq nəcisi olması da yumurtanın keyfiyyətindən xəbər vermir. Çünki son vaxtlar bəzi işbazlar bu nəcisi sonradan özləri yumurtaya yaxırlar.
Broyler toyuqlar bildiyiniz kimi günəş işığı görməyən, dar qəfəslərdə saxlanılır. İstehsalçılar heyvanların ətlərinə müdaxilə etdikləri kimi, yumurtalarına da müdaxilə edirlər. Onların hiyləsi isə belədir. Gündə 2 dəfə süni işıqlandırmanı azaldıb, sonra isə artırırlar. Toyuqlar iki günün keçdiyini düşünüb yumurtlayırlar. Nəticədə daha çox yumurta əldə etmiş olurlar.
Bəs yumurtanın sarısının tünd və ya açıq olması onun keyfiyyətindən xəbər verirmi? Xeyr, bu yanlış düşüncədir. Təbii yumurta sarısının tünd və açıq rəngdə olması birbaşa toyuğun qidalanması ilə bağlıdır. Yumurta sarısına rəng verən əsas maddələr karotenoidlərdir. Yumurtlayan toyuqlar bu maddələri özləri sintez edə bilmədiklərinə görə, onları yediyi qidalardan alırlar. Yumurtlayan toyuq taxıl və buğda ilə qidalanırsa, yumurtanın sarısı daha açıq rəngdə olur. Lakin toyuq karotenoidlə zəngin qarğıdalı, ot və həşəratlarla qidalanırsa, sarısı daha tünd, narıncıya yaxın olur. Lakin söhbət təbii yumrutadan gedir.
Xatırlayırsınız, əvvəllər marketlərdən yumurta alanda sarısı açıq rəngə olurdu. Lakin son vaxtlar istehsalçılar broyler toyuqlarının yumurtasına sarı rəngi vermək üçün onların yemlərinə bəzi kimyəvi maddələr qatılar. Bu maddələri yumurtanın sarısının rəngini tünd edir. Yəni, marketdən aldığınız yumurtanın sarısı tünd rəngdə olarsa, onun keyfiyyətli olduğuna inanmayın. Hətta üzərinə kənd yumurtası yazılsa belə.
12:50 / 15 Yanvar 2026
8
12:39 / 15 Yanvar 2026
22
12:29 / 15 Yanvar 2026
28
12:18 / 15 Yanvar 2026
111
12:10 / 15 Yanvar 2026
354
11:52 / 15 Yanvar 2026
708
11:47 / 15 Yanvar 2026
43
11:42 / 15 Yanvar 2026
68
11:34 / 15 Yanvar 2026
343
11:13 / 15 Yanvar 2026
55
11:00 / 15 Yanvar 2026
1450
10:52 / 15 Yanvar 2026
196
10:39 / 15 Yanvar 2026
185
10:38 / 15 Yanvar 2026
72
10:36 / 15 Yanvar 2026
80
10:34 / 15 Yanvar 2026
101
10:11 / 15 Yanvar 2026
419
09:48 / 15 Yanvar 2026
187
09:43 / 15 Yanvar 2026
192
09:40 / 15 Yanvar 2026
124
09:38 / 15 Yanvar 2026
170
09:25 / 15 Yanvar 2026
141
09:11 / 15 Yanvar 2026
237
08:52 / 15 Yanvar 2026
1144
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.