Sarımsaq sevərlərə pis xəbər
24 May 2026, 08:47
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
704
29.10.2025, 00:42
İndiyədək xurma ilə bağlı saysız-hesabsız araşdırmalar aparılıb. Bəli, qanda təzyiqi aşağı salmaqla yanaşı ürəyin sağlamlığını dəstəkləyən meyvənin onlarla sağlamlıq problemlərini həll etdiyini bilirdiniz?
Xurmanın faydaları bunlardır:
İmmuniteti gücləndirir; Tərkibindəki bol miqdarda C vitamini ilə xurma immunitetin də sevimlisidir. Xüsusilə, mövsümi xəstəliklərlə mübarizədə hünərlidir. Uşaqların sağlam inkişafını dəstəkləmək üçün mövsümündə xurma yedirtmək vacibdir.
Bağırsaqların sağlamlığını qoruyur; Xurma liflə zəngindir. Buna görə də, bağırsaq problemlərinin həllində önəmli rol oynayır. Mövsümündə təzə meyvə yeməklə bağırsaqlara verilən dəstək məhdudlaşmamalıdır. Bütün il boyu xurma qurusu istifadə etmək məsləhətdir. Lif sayəsində xurma yeməklərin daha asan həzm olunmasını təmin edir, qəbizliyin qarşısını alır. Mütəxəssislər deyir ki, meyvə bağırsaqdakı mikrofloranı da nizamlayır.
Həzmi asanlaşdırır; Bayaq qeyd etdim ki, xurma lif tərkibinə görə, həzmi asanlaşdırır. İndi baxaq, görək, o, bunu necə edir? Bağırsaqda hərəkətliliyi nizamlayır, nəcisin yumşaq olmasını təmin edir, qəbizliyin qarşısını alır. Bu da, növbəti öynədə qəbul edilən qidanın həzminin asan və nizamlı olmasının zəmanətidir. Xüsusilə, quru xurma bu baxımdan daha önəmlidir.
Xərçəng riskini azaldır; Xurmanın tərkibi dövrümüzün “ən təhlükəli xəstəliklər” siyahısında olan xərçəngə qarşı orqanizmi qorumaq qüdrətindədir. Yüksək antioksidant maddələrə və karotinə sahibdir. Bu xüsusiyyəti sayəsində, sərbəst radikallarla mübarizə apara bilir.
Diabetin əmələ gəlməsinə mane olur; Aşağı qlisemik indeksə malik olan xurma yeyildiyində qanda şəkərin səviyyəsinin sürətlə yüksəlməsinə səbəb olmur. Buna görə də, diabetiklər üçün idealdır-qanda şəkərin səviyyəsini nəzarətdə saxlamağa imkan verir.
Görmə qabiliyyətini artırır; Xurmada A vitamini var. A vitamininin görmə qabiliyyətini gücləndirməsini isə çoxdan bilirik. Yaş artdıqca göz xəstəlikləri peyda olur. Göz sağlamlığınızı qorumaq üçün həm təzə, həm də quru xurmanı rasionunuzdan əksik etməyin.
Ürək-damar sisteminin sağlamlığını qoruyur; Qan təzyiqinin nizamlanması bir çox xəstəliyin əmələ gəlməsinin qarşısını alır. Xurma bu vəzifəni yerinə yetirə biləcək qidalardandır. Təzyiq göstəriciləriniz tez-tez dəyişirsə, xurmadan müəyyən miqdarda yeyin; beləcə, qan təzyiqini nəzarət altına ala bilərsiniz.
Dərini qidalandırır və təmizləyir; Dəriyə faydaları ilə diqqət çəkən xurma toksinlərin orqanizmdən atılmasını təmin edir. Bu da, dolayı yolla, dəri hüceyrələrinin yenilənməsinə vəsilə olur. Gözlərin ətrafında, dodaqların kənarlarında yaranacaq qırışların peyda olmasını gecikdirən xurma dərini təravətli və parlaq edir. Dərini yağdan təmizləyərək onun daha canlı görünməsinə səbəb olur. Qocalığı ləngidən meyvə hüceyrələrin xəsarət almasına imkan vermir.
Xurmanın təkibində bu vitaminlər var:
-C vitamini;
-A vitamini;
-B6 vitamini (piridoksin);
-K vitamini;
-B9 vitamini (fol turşusu);
Gəlin, konkretləşdirək. Xurma hansı xəstəliklərin müalicəsində istifadə edilə bilər?
Qəbizlik;
Xərçəng;
Sümük ağrıları;
Ürək-damar xəstəlikləri;
Dəri və saçların sağlamlığı;
Xurmanın zərərləri nələrdir?
Bütün qidalar kimi, xurmanı da normada qəbul etmək lazımdır. Hamilə və süd verən qadınlar, xroniki xəstəliklərlə bağlı dərman qəbul edən insanlar xurma yeməzdən əvvəl həkimlə məsləhətləşməlidir. Bundan əlavə, xurmada şəkər də olduğundan diabet xəstələrinin ehtiyatlı olmaları zəruridir. Yaxşı olar ki, gün ərzində 1 ədəd orta ölçülü xurma yeyəsiniz.
13:06 / 24 May 2026
7
12:47 / 24 May 2026
16
12:22 / 24 May 2026
129
11:57 / 24 May 2026
146
11:40 / 24 May 2026
164
11:05 / 24 May 2026
99
11:03 / 24 May 2026
84
11:00 / 24 May 2026
94
10:32 / 24 May 2026
679
10:25 / 24 May 2026
95
09:55 / 24 May 2026
222
09:38 / 24 May 2026
107
09:35 / 24 May 2026
371
09:27 / 24 May 2026
103
09:14 / 24 May 2026
304
09:08 / 24 May 2026
82
09:04 / 24 May 2026
105
09:03 / 24 May 2026
193
08:55 / 24 May 2026
372
08:52 / 24 May 2026
290
08:47 / 24 May 2026
99
02:00 / 24 May 2026
267
01:23 / 24 May 2026
418
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.