Sarımsaq sevərlərə pis xəbər
24 May 2026, 08:47
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
763
27.10.2025, 10:36
Almaniyada quş qripi hallarının artması səbəbindən indiyə qədər 400.000 quşun məhv edildiyi bildirilib.
Oxu24.com xəbər verir ki, Fridrix Loeffler İnstitutu yaydığı məlumatda bildirib ki,indiki təhlükə 2021-ci illə müqayisə oluna bilər.Həmin ildə quş qripinin ən çox yayılması qeydə alınmışdı.
İndiyə qədər ən böyük itkilər Meklenburq-Qərbi Pomeraniya və Brandenburqda qeydə alınıb.
Brandenburqdakı Markiş-Oderland bölgəsi quş qripi səbəbindən əlavə 130.000 quşun məhv ediləcəyini açıqlayıb.
Eyni bölgədə bundan öncə 150.000 quş məhv edilib.
Xüsusilə Brandenburqun şimal-qərbindəki Linumer Teyxland bölgəsində kütləvi durna ölümləri qeydə alınıb.
Quş qripi səbəbindən Almaniyada 2020-2021-ci illərin qışında 2 milyondan çox quş məhv edilmişdi.
Epidemiyanın belə davam edəcəyi hal da bu ildə həmin rəqəmin təkrarlanacağı ehtimal olunur.
Qeyd edək ki,quş qripi (ing.avian influenza) müxtəlif növ quşların və heyvanların kəskin gedişli kontagioz xəstəliyidir. Xəstəlik respirator orqanların, mədə-bağırsaq traktının zədələnməsi, eləcə də quşlar arasında yüksək tələfat və iqtisadi zərər ilə nəticələnir. Xəstəliyin törədicisi Orthomyxoviridae ailəsinə, influenza cinsinə aid olan RNT tərkibli mutagen virusdur. Ümumiyyətlə, quş qripi virusu (A tipi) müxtəlif kombinasiyalarda birləşən 16H və 9N tipləri kimi təsnif olunur. İndiyə qədər 16 HA və 9 NA serotiplərinə çöl quşları arasında rast gəlinib. Qeyd edilən serotiplər yüksək və aşağı patogenli olmaqla 2 qrupa bölünür ki, onlardan yüksək patogenli quş qripi (A(H5N1), HPAI- ing. highly pathogenic avian influenza) həm quşlar, həm də insanlar üçün təhlükəli infeksiya növü hesab olunur. Quş qripi xəstəliyi heyvanlara və insanlara əsasən aerogen və ya alimentar yolla yoluxur.
Miri Məcidli
17:17 / 24 May 2026
63
17:09 / 24 May 2026
74
16:49 / 24 May 2026
68
16:40 / 24 May 2026
234
16:00 / 24 May 2026
86
14:57 / 24 May 2026
99
14:47 / 24 May 2026
155
14:43 / 24 May 2026
371
14:36 / 24 May 2026
125
14:30 / 24 May 2026
317
14:23 / 24 May 2026
122
14:18 / 24 May 2026
86
14:08 / 24 May 2026
90
14:06 / 24 May 2026
1847
14:03 / 24 May 2026
92
13:38 / 24 May 2026
116
13:06 / 24 May 2026
115
12:47 / 24 May 2026
110
12:22 / 24 May 2026
234
11:57 / 24 May 2026
236
11:40 / 24 May 2026
216
11:05 / 24 May 2026
147
11:03 / 24 May 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.