İnsulin dirənci infarkt və ürək çatışmazlığı riskini artırır – KARDİOLOQ XƏBƏRDARLIQ ETDİ
18 Noyabr 2026, 20:34
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
643
13.05.2025, 20:23
Qırmızı kələm zəngin antioksidant tərkibi və vitamin-mineral baxımından yüksək dəyəri ilə sağlam qidalanmada mühüm yer tutur.
Sərbəst radikallarla mübarizə apararaq hüceyrələri qoruyan bu tərəvəz, immunitet sistemini gücləndirməklə yanaşı, ürək və damar sağlamlığını da dəstəkləyir.
Mineral və vitamin baxımından zəngin mənbə
Qırmızı kələm A, B6, C və K vitaminləri ilə yanaşı, maqnezium, fosfor, kalsium, kalium, dəmir, sink və mis kimi vacib minerallarla zəngindir. Fitokimyəvi tərkibi sayəsində həm çiy, həm də bişmiş formada sağlam qidalanma üçün ideal seçimdir.
Həzm sisteminə müsbət təsir göstərir
Liflə zəngin olan qırmızı kələm mədə-bağırsaq sisteminin daha yaxşı işləməsinə kömək edir. Salat formasında qəbul edildikdə, həzmi yüngülləşdirir və mədə problemlərini aradan qaldırmağa yardım edir.
Dərinin sağlam görünməsinə kömək olur
Tərkibindəki C vitamini sayəsində kolagen istehsalını artıran qırmızı kələm, dərini gənc və elastik saxlamağa kömək edir. Eyni zamanda nəmləndirici xüsusiyyəti ilə dərinin qurumasının qarşısını alır və ləkələrin azalmasına dəstək verir. Antiinflamatuar təsiri ilə sızanaq və digər iltihablı dəri problemlərinin qarşısını ala bilər.
İmmunitet sistemini möhkəmləndirir
Tərkibində bol miqdarda C vitamini və antioksidant olan qırmızı kələm, mövsümi xəstəliklərə qarşı bədəni qoruyur. Xüsusilə salat və ya şirə formasında mütəmadi olaraq istifadə edildikdə immunitet sistemini gücləndirir.
Bağırsaq sağlamlığını qoruyur
Qırmızı kələmin antioksidant və liflə zəngin tərkibi, bağırsaqların fəaliyyətini tənzimləyir və mikroblara qarşı qoruyucu təsir göstərir. Xüsusilə bağırsaq problemi yaşayanlar üçün qırmızı kələm suyu tövsiyə olunur.
Xəstəliklərə qarşı qoruyucu rol oynayır
Qırmızı kələmə tünd rəngini verən antosiyanin maddələri güclü antioksidant xüsusiyyətə malikdir. Tədqiqatlar göstərir ki, antosiyaninlər piylənmə, tip 2 diabet və ürək xəstəlikləri kimi bir sıra xəstəliklərin qarşısının alınmasında təsirli ola bilər.
Turşusu da faydalıdır
Qırmızı kələm turşu formasında da istifadə oluna bilər. Turşunun tərkibinə əlavə edilən sirkə və limon suyu onun faydasını daha da artırır. Xüsusilə sirkəli versiyası bağırsaq florası üçün faydalıdır.
Qırmızı kələm necə saxlanılmalıdır?
Qırmızı kələm soyuducuda doğranmış formada və ya turşu şəklində uzun müddət təravətini qoruya bilər. Hava keçirməyən qablarda limon və ya sirkə ilə saxlanması tövsiyə olunur. Turşu hazırlanarkən isə əvvəlcə doğranıb duzda gözlədilir, sonra isə sirkə və limon turşusu ilə fermentasiya edilir.
21:03 / 18 Noyabr 2026
20
20:53 / 18 Noyabr 2026
8
20:50 / 18 Noyabr 2026
36
20:45 / 18 Noyabr 2026
133
20:42 / 18 Noyabr 2026
55
20:40 / 18 Noyabr 2026
56
20:34 / 18 Noyabr 2026
69
20:28 / 18 Noyabr 2026
67
20:19 / 18 Noyabr 2026
413
20:05 / 18 Noyabr 2026
104
19:56 / 18 Noyabr 2026
106
19:41 / 18 Noyabr 2026
92
19:36 / 18 Noyabr 2026
95
19:36 / 18 Noyabr 2026
92
19:26 / 18 Noyabr 2026
106
19:19 / 18 Noyabr 2026
122
19:15 / 18 Noyabr 2026
102
19:08 / 18 Noyabr 2026
130
18:50 / 18 Noyabr 2026
109
18:45 / 18 Noyabr 2026
125
18:37 / 18 Noyabr 2026
121
18:33 / 18 Noyabr 2026
101
18:22 / 18 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.