Bu da Vüsalə Əlizadənin yeni bahalı avtomobili - VİDEO
12 Oktyabr 2026, 22:13
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
319
13.10.2026, 19:18
“Son günlər ölkəmizin, insanların birliyi ətrafında yaranan müzakirələr və mübahisələr bu dövlətin vətəndaşı kimi məni də narahat edir. Hər şeydən öncə mən bir anayam, övladımın məktəbdəki nizam-intizamına, geyiminə hər zaman diqqət etməyə çalışmışam. Bir insan olaraq da ona başqalarından fərqli davranmamağı aşılamışam. Əminəm ki, çox valideyn də övladlarını bu yöndə yetişdirməyə çalışır”.
Oxu24.com xəbər verir ki, bu fikirləri Xalq artisti Röya Ayxan instaqram hesabında paylaşıb.
O bildirib ki, vahid geyim forması ilə bağlı qaydaların şagirdlərə izah edilməsi və maarifləndirmə işlərinin aparılması təhsil prosesinin təşkilinin tərkib hissəsidir: “Nəticədə biz bu Vətənin övladıyıq. Gələcəyə bir ana, bir əsgər yetişdiririk. Həyatımızdakı bütün çətinliklərə baxmayaraq, onların gələcəyini parlaq, işıqlı görmək istəyirik. İllərlə basqı altında böyüyən neçə-neçə valideynlər var ki, bu gün travma saydıqları keçmişdən qurtulmaq istəyirlər. Ancaq biz bunları yaşayıb nəticə çıxarmışıqsa, onları zorla istəmədikləri bir işə alət etməyimiz düzgün deyil. Qoy övladlarımız rahat böyüsün, gələcəyini seçmə şansı olsun. Bundan gözəl nə var? Təbii ki, valideyn kimi hər zaman onları yanlış yoldan döndərməli, təhsilə, elmə, biliyə yönləndirməliyik. Qoy bütün balalarımız savadlı olsun, istədiyi peşəyə yönəlsin, Vətəninə, dövlətinə yararlı insan olsun.
Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz. Necə ki, zamanında sərhədlərin bağlı qalmasına etiraz edirdiniz, halbuki o bağlı sərhədlər qonşuluğumuzdakı müharibələrin bizə sıçramasının qarşısını aldı.
Əziz həmkarlarım, bu məsələdə heç birimiz susmamalı, azərbaycanlı mövqeyimizi ortaya qoymalıyıq. Azərbaycan dövlətini və onun qanunlarını dəstəkləməliyik. Heç bir linç kampaniyasına, kənar müdaxilələrə baxmamalıyıq, bilməliyik ki, dövlətimizin mövqeyini müdafiə edirik və onun yanındayıq! Hamımız bu Vətənin övladlarıyıq, ona sahib çıxaq, təxribatlara uymayaq, əzizlərim!”Qafqazinfo
20:14 / 13 Oktyabr 2026
8
20:12 / 13 Oktyabr 2026
9
20:06 / 13 Oktyabr 2026
38
19:46 / 13 Oktyabr 2026
81
19:43 / 13 Oktyabr 2026
127
19:34 / 13 Oktyabr 2026
63
19:24 / 13 Oktyabr 2026
655
19:12 / 13 Oktyabr 2026
94
19:00 / 13 Oktyabr 2026
75
18:58 / 13 Oktyabr 2026
598
18:53 / 13 Oktyabr 2026
79
18:45 / 13 Oktyabr 2026
265
18:35 / 13 Oktyabr 2026
87
18:35 / 13 Oktyabr 2026
301
18:34 / 13 Oktyabr 2026
194
18:24 / 13 Oktyabr 2026
174
18:20 / 13 Oktyabr 2026
63
18:04 / 13 Oktyabr 2026
89
18:00 / 13 Oktyabr 2026
130
17:58 / 13 Oktyabr 2026
100
17:48 / 13 Oktyabr 2026
142
17:39 / 13 Oktyabr 2026
109
17:37 / 13 Oktyabr 2026
348
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.