Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO
06 İyul 2026, 23:56
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
353
02.07.2026, 13:54
Aqşin Fateh, Bakıdakı başıbəla restoranının oxşarını Qubada açmağa hazırlaşır. Yəni o da “By Fateh” adlanacaq.Azərbaycan şou-biznesinin digər simaları üçün biznes fəaliyyətinin bu növü yenilik deyil. Müğənnilər və aktyorlar arasında gözəllik salonu, otel, dekorasiya şirkəti kimi bizneslərə rast gəlinsə də, ən çox seçilən fəaliyyət istiqaməti restoran və kafe biznesidir.
Oxu24.com “Yeni Sabah”a istinadən xəbər verir ki, bu sahəyə marağın əsas səbəblərindən biri ictimai tanınmışlığın müştəri cəlb etməsi və restoran biznesinin toy, banket və tədbirlərlə birbaşa əlaqəli olmasıdır. Lakin təcrübə göstərir ki, məşhur ad hər zaman biznes uğuru demək deyil. Sənət adamlarına məxsus bir sıra restoranlar fəaliyyətini dayandırıb, bəziləri isə satışa çıxarılıb. Dördpendirli pizza
Şou-biznes nümayəndələrinin restoran və kafe biznesi ilə bağlı siyahısı isə kifayət qədər genişdir.
Müğənni Niyam Salami illər əvvəl fəaliyyət göstərən "By Niyam" restoranını bağladıqdan sonra hazırda Xəzər sahilində yerləşən "Aysberq Resort" kompleksini idarə edir. Kompleks həm otel, həm restoran, həm də çimərlik xidmətləri təqdim edir. Sənətçi eyni zamanda, axşam saatlarında lüks restoranının şou proqramlarında çıxışlarını davam etdirir.
Aparıcı Çinarə Əliyeva isə İçərişəhərdə məşhur sovet filmi əsasında yaradılan "Brilliantovaya Ruka" kafesinin sahibidir. Rus və Azərbaycan mətbəxinin təqdim olunduğu məkan turistlərin də maraq göstərdiyi ünvanlardan sayılır. Çinarə Əliyevanın bununla yanaşı dekorasiya şirkəti də fəaliyyət göstərir.
Estrada müğənnisi Canan isə restoran biznesinə yeni addım atmağa başlayıb. O, aprel ayında Nəsimi rayonunda sahəsi 500 kvadratmetrdən böyük olan ailəvi restoran üçün obyekt icarəyə götürülüb. 1 illik icarə haqqı 53 min 450 manat təşkil edir.
Aşıq Zülfiyyə İbadova da restoran biznesinə sərmayə qoyan sənətçilərdən olub. O, Biləcəri dairəsi yaxınlığında restoran açsa da, ötən il obyekti satışa çıxarıb. Aşıq açıqlamasında restoranı qurmaq üçün böyük kredit götürdüyünü, borc yükü ilə üzləşdiyini bildirib. Daha sonra isə banket və kiçik məclislər üçün nəzərdə tutulan yeni restoran fəaliyyətə başladığını, əvvəlki obyekti isə bağladığını açıqlayıb.
Vaxtilə əkiz müğənnilər Sevil və Sevinc Səfərova bacılarının "Mozarella Baku" adlı restoranı fəaliyyət göstərsə də, sonradan obyekt bağlanıb.
Aktyor Sərxan Kərəmoğlu isə Mərdəkanda yerləşən "Xalça" restoranının sahibidir.
Aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov da bir vaxtlar "Bu şəhərdə" restoranını açmışdılar. Lakin həmin obyekt də sonradan fəaliyyətini dayandırıb.
Müğənni İlqar Muradov uzun illər "Fayton" restoranının sahibi kimi tanınıb. Həmin restoran da bir neçə il əvvəl bağlanıb.
Ölkənin uzunömürlü musiqi kollektivlərindən olan "Şeron" qrupunun solisti Ülvi isə "Abşeron" şadlıq evinin sahibidir.
Əsmətxanım Rzazadə
00:44 / 07 İyul 2026
115
00:18 / 07 İyul 2026
485
00:16 / 07 İyul 2026
115
00:12 / 07 İyul 2026
114
00:10 / 07 İyul 2026
229
00:02 / 07 İyul 2026
109
23:56 / 06 İyul 2026
213
23:56 / 06 İyul 2026
112
23:46 / 06 İyul 2026
510
23:41 / 06 İyul 2026
208
23:32 / 06 İyul 2026
233
23:08 / 06 İyul 2026
985
23:02 / 06 İyul 2026
482
22:53 / 06 İyul 2026
108
22:41 / 06 İyul 2026
222
22:36 / 06 İyul 2026
529
22:32 / 06 İyul 2026
104
22:26 / 06 İyul 2026
95
22:15 / 06 İyul 2026
131
22:05 / 06 İyul 2026
89
22:05 / 06 İyul 2026
98
22:00 / 06 İyul 2026
103
21:53 / 06 İyul 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.