“K-pop” qrupu “BTS”in prodüseri həbs olunacaq
23 Aprel 2026, 00:10
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1460
02.04.2026, 13:01
Son dövrlərdə Azərbaycan şou-biznesində bir sıra tanınmış simaların televiziya və ictimaiyyət qarşısında daha az görünməsi diqqət çəkir. Bu siyahıya həm Xalq artistləri, həm də populyar müğənnilər və aktrisalar daxildir. Maraqlıdır, onların efirlərdən uzaq qalmasının səbəbi nədir?
Oxu24.com xəbər verir ki, bəzi sənətçilərin geri çəkilməsi şəxsi həyat və yaşayış tərzi ilə bağlıdır.
Belə ki, Xalq artisti Könül Xasıyeva sənətdən uzaqlaşaraq Şəki şəhərinə köçüb və hazırda daha sakit həyat tərzinə üstünlük verir.
Xalq artisti Mələkxanım Əyyubova isə son vaxtlar efirlərdə görünməsə də, bunun səbəbi sevindirici hadisədir. Belə ki, sənətçinin ailəsində yeni doğulan nəvəsi ilə bağlı qayğılar onun mediadan uzaq qalmasına səbəb olub.
Xalq artisti Nazpəri Dostəliyeva da son zamanlar efirlərdə az görünən sənətçilər sırasındadır. Eyni hal müğənni Fatimə Fətəliyeva üçün də keçərlidir.
Müğənni Günay İbrahimli uzun müddətdir televiziya proqramlarında iştirak etmir. Sənətçinin daha çox şəxsi həyatı və yaradıcılığına fokuslandığı bildirilir.
Aktrisa Pərvin Abıyeva da televiziya məkanında az görünən simalardandır. O, daha çox çəkilişlər və fərdi layihələrə üstünlük verir.
Müğənni Sədaqət Ulduz da efir məkanında görünməyən sənətçilər sırasındadır. Onun səhnə fəaliyyətində fasilə olduğu qeyd olunur.
Eyni hal müğənni Aysel Əlizadə üçün də keçərlidir. Sənətçi son dövrlər daha az mediada yer alır.
Həmçinin oxuyun
Müğənni Sevda Yahyayeva də son zamanlar televiziya proqramlarında az görünən ifaçılardandır. Sənətçinin daha çox ailə həyatına və şəxsi işlərinə vaxt ayırdığı bildirilir.
Müğənni Afaq Aslan da efirlərdə görünməyən məşhurlar sırasındadır. Onun sosial şəbəkələrdə aktiv olsa da, televiziya layihələrində iştirak etmədiyi diqqət çəkir.
Safura Əliyeva isə uzun illərdir efirlərdən uzaq qalır. Ailə həyatı qurduqdan sonra səhnə fəaliyyətini minimuma endirən ifaçı nadir hallarda ictimaiyyət qarşısına çıxır ki
Rəqqasə və aktrisa Oksana Rəsulova da son vaxtlar efirlərdə görünmür. Onun əsasən sosial şəbəkələr və şəxsi layihələri ilə məşğul olduğu deyilir.
Müğənni Aydan İbrahimli son dövrlərdə efirlərdə görünməyən sənətçilər sırasındadır. Belə ki, Aydan İbrahimli bir müddət öncə Zülfü Bədəlov və Vüsal adlı şəxslə yaşadığı sevgi münasibətini sonlandırıb. Bu ayrılıqlardan sonra sənətçinin televiziya proqramlarında iştirak etmədiyi və daha çox şəxsi həyatına fokuslandığı bildirilir.
Digər tərəfdən, bəzi ifaçıların efirlərdən uzaq qalması coğrafi səbəblərlə bağlıdır. Məsələn, Afət Fərmanqızı Rusiyada yaşadığı üçün yerli televiziya layihələrində iştirak etmir.
Bundan əlavə, müğənnilər Nərmin Əhməd və Fədayə Laçın da son dövrlərdə efir məkanında görünməyən sənətçilər arasındadır.
Ümumilikdə, sənətçilərin efirlərdə görünməməsi müxtəlif səbəblərlə bağlıdır. Bəziləri şəxsi həyatına və ailəsinə vaxt ayırır, bəziləri isə yeni layihələr üzərində çalışaraq mediadan bir müddət uzaq qalmağı üstün tutur.
Nərmin Balacayeva
01:11 / 24 Aprel 2026
200
00:48 / 24 Aprel 2026
170
00:13 / 24 Aprel 2026
167
23:43 / 23 Aprel 2026
163
23:30 / 23 Aprel 2026
132
23:16 / 23 Aprel 2026
193
22:57 / 23 Aprel 2026
201
22:45 / 23 Aprel 2026
201
22:34 / 23 Aprel 2026
84
22:14 / 23 Aprel 2026
880
22:09 / 23 Aprel 2026
107
22:03 / 23 Aprel 2026
73
21:58 / 23 Aprel 2026
68
21:55 / 23 Aprel 2026
63
21:53 / 23 Aprel 2026
153
21:51 / 23 Aprel 2026
339
21:45 / 23 Aprel 2026
116
21:39 / 23 Aprel 2026
235
21:37 / 23 Aprel 2026
1231
21:27 / 23 Aprel 2026
224
21:16 / 23 Aprel 2026
261
21:00 / 23 Aprel 2026
275
20:34 / 23 Aprel 2026
251
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.