"Sevdiğim sensin"lə bağlı qərar
11 May 2026, 00:40
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
665
14.02.2026, 20:48
"Bu sənətə illərimi qoymuşam. Bu işin zəhmətini çəkmişəm. Ağlaya-ağlaya, əllərimi dağıda-dağıda, zülm çəkə-çəkə çalışmışam. Birinci sevgi olub. Sonra bu sevgidən məşhurluq yaranıb. Bu, məsuliyyətə səbəb olub. Bu da qazancımın yaranmasına gətirib çıxarıb".
Oxu24.com Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Natiq Şirinov "Həftənin qonaşı" verilişində deyib. O, hazırda komandası ilə birgə toy məclislərinə 50 min manat qarşılığında getdiyini açıqlayıb:
"Əvvəl demişəm ki, 5 nəfərlə imkan olsaydı, gedib çörək qazanardım. İlk dəfə toya gedəndə ev yiyəsi nağaralarımızı təpikləmişdi. Demişdi ki, "5 ədəd nağara nədir, bir dənə ola". Bəy də qayıtdı ki, "Ata, bu başqa şeydir". Çıxdım oradan, kövrəldim. Bəy dedi ki, "Sizi görmüşəm, xoşum gəlib, qayıdıb çalın". Biz başlayanda atası dedi ki, "Əgər burada mənə xoşagəlməyən nəsə olsa, bunları buradan başqa vəziyyətdə çıxaracağam". Biz çıxış edəndən sonra ev yiyəsi gəlib dedi ki, "İkinci dəfə də çalın". O, mənə çıxanda 50 manat yox, 50 dollar verdi. Bu gün həmin 50 dollar 50 min manat olub. Mən 100-200 minlik müqavilələrə qol çəkmişəm".
N.Şirinov bildirib ki, bu məbləğə məclisdə Xalq artisti Alim Qasımovun çıxışı da daxildir:
"Mən 50 minə toya gedirəm. Qiymət 10 minlə 50 min arasında dəyişir. Bunu rahat və açıq şəkildə deyirəm. Toya tək getmirəm. 50 minə bilirsiniz neçə nəfərlə gedirəm? Orada kimlər olur? Üstəlik, Alim Qasımov da o 50 minin içində iştirak edir.
Nağaranı böyük biznesə gətirdim. Bu gün bütün toyların açılışında, istər oxuyan olsun, istər nağara, zurna çalan ilk Natiqin qoyduğu ideyanın sayəsindədir. Təbii ki, hər kəsin öz zəhməti də var. Bunun dərininə getsək, mən Avropa və ya Amerikada yaşasaydım, hamı mənə patent verməli idi. Toyların açılışı, aş mərasimi, yallı, tortun gəlməsi, gəlinin götürülmə mərasimi. Əvvəllər bu qara zurna və kos olardı, ya da klarnet-nağara. Bu gün isə 10-15 nağara olur. Görün nə qədər insan çörək qazanır".
15:22 / 11 May 2026
10
15:20 / 11 May 2026
11
14:59 / 11 May 2026
37
14:52 / 11 May 2026
49
14:47 / 11 May 2026
183
14:45 / 11 May 2026
75
14:43 / 11 May 2026
48
14:23 / 11 May 2026
867
14:11 / 11 May 2026
174
14:08 / 11 May 2026
74
13:42 / 11 May 2026
70
13:30 / 11 May 2026
93
13:25 / 11 May 2026
183
13:14 / 11 May 2026
60
12:50 / 11 May 2026
536
12:46 / 11 May 2026
63
12:37 / 11 May 2026
60
12:36 / 11 May 2026
64
12:18 / 11 May 2026
100
12:11 / 11 May 2026
10846
12:07 / 11 May 2026
82
12:01 / 11 May 2026
137
11:53 / 11 May 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.