5 il əvvəl çıxdığı işə qayıdır?
13 Noyabr 2026, 18:59
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
2163
08.02.2026, 22:49
Müğənni Mənzurə Musayeva verdiyi son açıqlamalarla gündəm olub.
Oxu24.com xəbər verir ki, sənətçi şəxsi həyatı ilə bağlı illərdir içində saxladığı ağrılı xatirələri ilk dəfə bu qədər açıq şəkildə dilə gətirib.
Musayeva bildirib ki, gənc yaşlarında etdiyi səhv seçim bütün həyatını alt-üst edib. Onun sözlərinə görə, 8-ci sinifdə oxuduğu dövrdə klubda dərnəyə gedirmiş və həmin vaxt bir şəxslə tanış olub:
"Klubda işləyəndə oradan çıxıb gedəndə bir oğlan rastıma çıxdı. Əl çəkmirdi məndən, dəfələrlə dalımca gəlirdi. Həftədə iki dəfə ora gedirdim, mənimlə maraqlanırdı. Sonradan məni istədi. Həmin vaxt başqa bir oğlan da var idi, o da dalımca gəlirdi və əsgərlikdən qayıdanda məni klubdan çıxanda həmin oğlanla görmüşdü. Hətta onların arasında dava da oldu".
Müğənni etiraf edib ki, həyat yoldaşını seçərkən yaş fərqi ona cazibədar gəlib:
"Məndən 10 yaş böyük olması diqqətimi çəkdi. Elə bilirdim ki, yaşıdım olanlar hərbi xidmətdədir, mənə uyğun deyil. Qızlar gənc vaxtda özlərindən böyük birini seçmək istəyirlər. Mən də bu düşüncə ilə seçim etdim və çox səhv oldu".
Sənətçi bildirib ki, sonradan bu evliliyin yanlış qərar olduğunu anlayıb. Ailə qurduqdan sonra övlad sahibi ola bilməməsi münasibətləri daha da gərginləşdirib:
"Həkimə getdik, problem onunla bağlı idi. Özüm də xəstəliyə düşdüm. Qaynana, baldız hər dəfə 'uşaq yoxdur' deyirdi. 7 il bu sözləri eşitdim, bezdim. Bu mövzu mənim ən yaralı yerim idi".
Mənzurə Musayeva ayrılıqdan sonra maddi baxımdan da çətinliklər yaşadığını bildirib. Onun sözlərinə görə, birlikdə qazandıqları əmlakların əksəriyyəti keçmiş həyat yoldaşının kiçik şirkətin adına rəsmiləşdirilib və boşanarkən ona çox az pay düşüb:
"Mən hər gün toyda işləyirdim, sıfırdan başlamalı oldum. Güvənirdim, amma sonradan bildim ki, qazandıqlarımın heç biri onun adına deyilmiş. 2000-ci ildən sonra qazancımı özümə sərf etməyə başladım".
Müğənni qeyd edib ki, ayrılıqdan sonra dəfələrlə barışmaq cəhdləri olsa da, bunun mənasız olduğunu anlayıb. Hazırda keçmiş həyat yoldaşının yenidən evləndiyini, lakin onun da övladı olmadığını deyən Musayeva fikrini belə tamamlayıb:
"Əgər övlad olsaydı, bəlkə də hər şey başqa cür olardı. Ailə bir çox hallarda uşaq üzərində qurulur. Düzgün seçim etsəydim, bu gün övladsız qalmazdım".
Müğənninin bu səmimi etirafları sosial şəbəkələrdə geniş müzakirə yaradıb və izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.Ölkə.az
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.