Qaynar xətt:

(+99450) 247 90 86

Ancelina Colinin səhhəti pisləşib

news/2026_01_09/2023_08_16_12_18_348gvte6c40zepj219w8dc_file_1767976014.jpg

ŞOU-BİZNES

151

09.01.2026, 20:35

Dünyaca məşhur aktrisa Ancelina Colinin səhhətində ciddi problemlər yaranıb.

Oxu24.com  xəbər verir ki, keçmiş həyat yoldaşı Bred Pittlə uzunmüddətli məhkəmə çəkişmələrindən sonra Colinin halı pisləşib.

Hüquqi müstəvidə mübarizələrin stresi aktrisanın sağlamlığına o qədər ciddi təsir edib ki, uşaqları ona gecə-gündüz qulluq edirlər.

Məlumata görə, "Oskar" mükafatı laureatı 2017-ci ildən bəri vaxtının çox hissəsini Los-Ancelesdəki 24.5 milyon dollarlıq malikanədə keçirir.

Aktrisanın altı uşağı analarını tək qoymamağa razılaşıb.

Bir məlumatlı şəxsin sözlərinə görə, aktrisanın sağlamlıq vəziyyəti hər kəsin təsəvvür edəcəyindən də daha pisdir.

Qeyd edək ki, Coli və Pitt 12 illik münasibətlərdən sonra 2024-cü ilin sonunda rəsmən boşanıblar.