Qaynar xətt:

(+99450) 247 90 86

Həm kinoda, həm həyatda "Ögey ana": Nəcibə Məlikovanın məşhur rolu ilə kəsişən taleyi  

news/2026_01_10/whatsapp_image_2026_01_10_at_192703_1768063727.jpeg

CƏMİYYƏT

144

10.01.2026, 20:47

Elə həyatda da ögey ana olan, məşhur rejisora şillə vuran, ölüm ayağındada ona xəyanət edən ərini arzulayan məşhur aktrisadan sizə danışacağıq. 

Söhbət xalq artisti Nəcibə Məlikovadan gedir.

Oxu24.com  xəbər verir  ki, Nəcibə Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində dünyaya gəlib. Aktrisa Nəcibə Məlikovanın uşaqlıqdan bəri bir arzusu var idi. O məktəbi bitirib, Tibb universitetinə qəbul olmaq istəyirdi. Lakin xalq düşməninin bacısı qızı olduğuna görə arzusu ürəyində qalır. O həyatını məcburən aktrisalığa bağlamalı olur.

10-cu sinifi bitirdikdən sonra sənədlərini könüllü olmadan Teatr İnstituna verdi və Fatma Qədirlinin sinifinə qəbul olur. Təhsilini başa vuran gənc aktrisa öz arzusu ilə Gəncə Teatrında işləməyə gedir. Elə Gəncədə işlədiyi vaxt Nüsrəddin adlı imkanlı ailədən biri olan kişiylə tanış olur. Nüsrəddin bir dəfə ailəli olub, sonra ayrılıb. Bu evlilikdən isə onun oğlu olur. 

Lakin Nəcibə xanım Nüsrəddinlə tanış olduğu ilk gündən ona bağlanır və qarşı tərəfin evlilik təklifini qəbul edir, evlənirlər. Həyat yoldaşı da onun sənətini sevir. 

Artıq 2 oğul övladları var idi. Biri yoldaşının ilk nigahından, digəri isə Nəcibə xanımla olan evlilikdən. Nəcibə xanım oğluna atasının adını verir. Nüsrəddin bəyin ilk evlilikdən olan övladı onu əvvəllər qəbul etmirdi. Daha sonra isə doğmalaşırlar. 

Nəcibə xanımın qaynanası gəlininin aktrisa olmasını həzm edə bilmir. Nəcibə xanım qaynana sarıdan çox əziyyətlər çəkir. O qədər dözür ki, bir gün onlara qonaq gələn Adil İsgəndərov dözməyib onlardan çıxanda Nəcibə xanımın qaynanasına deyir: “Xanım xala, səndən kino çəkəcəm”.

Bir gün isə Nəcibə xanıma oxuması ssenarini verir. Aktrisalığı bir kənara, mərd xanım olan Nəcibə özü ssenaridə bəzi dəyişiklik edir. 

“Ögey ana” filmində Nəcibə xanım elə öz həyatını oynayır. Günlərdən birində məşhur rejisorların biri Nəcibə xanıma bir rol təklif edir. Lakin rol qarşılığında aktrisaya arzuolunmaz təklif edir. Bundan hiddətlənən aktrisa rejisora şillə vurur. Sonralar bu hadisəni rejisor elə özü sənət camiyyəsində danışırmış. Lakin ailədə Nəcibə xanımın sədaqətinin qarşılığı eyni olmur. 

Fuadla Sabiqin ataları Nüsrəddin həm vəzifəli adam idi, həm də hədsiz yaraşıqlı bir kişi. Həyatında çox qadınlar olub. Birinci xanımı da ondan buna görə ayrılıb. Nəcibə xanım isə hər dəfə bu barədə eşidəndə, heç kimin arxasıyca düşməyib. 

Günlərin birində isə Nüsrəddin evə gəlib, başqasıyla evləndiyini deyir. Nəcibə xanım isə səssizcə oğlunu götürüb, çıxıb gedir. Amma oğulluğundan da ayrılmır. Bir müddətdən sonra Nüsrəddin 30 yaşında, faciəli şəkildə dünyasını dəyişir. Ailənin bütün yükünü zərif çiyinlərində daşıyan Nəcibə Məlikova 29 yaşında dul qalır. Lakin heç vaxt ailə həyatı qurmur. 

Hindistanda qastrol zamanı üstünə atılan meymundan qorxduğu üçün şəkər xəstəliyinə tutulur. O bəla onu 70 yaşında dünyadan aparır. 

Ölüm ayağında anası Xoşsimanın adını verdiyi nəvəsi, Sabiqin qızı soruşur ki, “Nənə, indi yanında kimi görmək istəyirsən?” 

Nəcibə xanım yarışüurlu vəziyyətdə ona xəyanət edən kişi, Nüsrəddinin adını çəkir. Nüsrəddinə qovuşmaq üçün 1992-ci il iyulun 27-də Nəcibə xanım da gözlərini həmişəlik yumur. 

Çimnaz Telmanqızı