Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1735
10.01.2026, 21:55
Bir çox bank müştəriləri elə hesab edirlər ki, banka olan borclarına görə yalnız məhkəmənin qəti qərarından sonra maaşlarından tutulma ola bilər. Lakin reallıq tam başqadır! Son zamanlar vətəndaşlar məhkəməyə çağırılmadıqları halda, iş yerlərinə gələn icra məktubları ilə şoka düşürlər. Heç bir məhkəmə prosesi olmadan maaşınızın bir hissəsindən necə məhrum ola bilərsiniz? Bankların istifadə etdiyi bu “gizli” hüquqi mexanizm nədir və ən əsası bu prosesi necə dayandırmaq olar?
Tanınmış vəkil Elvin Səfərov Oxu24.com-a müsahibəsində hər kəsin bilməli olduğu məqamlara aydınlıq gətirib.
“Banka kredit borcunuz var və bank sizin borcunuzla bağlı məhkəməyə müraciət etməyib. Lakin iş yerinizə icra şöbəsindən məktub gəlib və sizin əməkhaqqınızdan hansısa bir faizdə, məbləğdə pul tutulması göstəriş kimi iş yerinizin mühasibatlığına gəlib.
Bu nə ilə bağlıdır və bunun əsası nədən ibarətdir?
Azərbaycanın qanunvericiliyi icazə verir ki, məhkəmə qərarı olmadan onu əvəz edən notariusun “icra qeydi” deyilən bir sənədlə icra qeydi çıxarılsın və bank bu zaman notariusa müraciət edir, həmin notariusun icra qeydi çıxır və həmin o qeydi birbaşa icra olunması üçün icra şöbəsinə gedir. İcra şöbəsi də sizin iş yerinizin mühasibatlığına göstəriş xarakterli müraciət edir. Həmin müraciət əsasında sizin əməkhaqqınızdan tutulur.
Bildiyimiz kimi, Azərbaycan qanunvericiliyin görə məhkəmə qərar olmadan notariusun icra qeydi vasitəsilə banklar sizə qarşı öhdəliklərlə bağlı iddia qaldırır, ərizə verir və həmin ərizənin nəticəsində sizin əməkhaqqınızdan rəmi qaydada pul tutulur.
Bunun qarşısını almaq mümkündürmü?
Bəli mümkündür. Əgər belə bir halla rastlaşmısınızsa, yəni sizi məhkəməyə çağırmadan əməkhaqqınızda pul tutulursa, bu zaman müraciət edin”.
Çimnaz Telmanqızı
23:16 / 14 Noyabr 2026
1
23:05 / 14 Noyabr 2026
45
23:01 / 14 Noyabr 2026
53
22:28 / 14 Noyabr 2026
450
22:19 / 14 Noyabr 2026
63
21:55 / 14 Noyabr 2026
93
21:32 / 14 Noyabr 2026
110
21:22 / 14 Noyabr 2026
146
21:11 / 14 Noyabr 2026
646
21:04 / 14 Noyabr 2026
705
21:02 / 14 Noyabr 2026
110
20:56 / 14 Noyabr 2026
520
20:50 / 14 Noyabr 2026
122
20:38 / 14 Noyabr 2026
119
20:23 / 14 Noyabr 2026
1197
19:54 / 14 Noyabr 2026
111
19:50 / 14 Noyabr 2026
116
19:36 / 14 Noyabr 2026
1865
19:15 / 14 Noyabr 2026
148
19:12 / 14 Noyabr 2026
146
19:05 / 14 Noyabr 2026
132
18:50 / 14 Noyabr 2026
143
18:43 / 14 Noyabr 2026
147
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.