Qaynar xətt:

(+99450) 247 90 86

"Xaqocan" həbs olundu - SON DƏQİQƏ

"Xaqocan" həbs olundu - SON DƏQİQƏ

SON DƏQİQƏ

477

30.07.2024, 20:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir neçə gün əvvəl Baş Prokurorluq tərəfindən şəxsi və ailə həyatına aid sirr olan məlumatların, istintaq sirrinin, zorakılıq və qəddarlığı təbliğ edən informasiyanı ictimailəşdirən şəxs həbs edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin cinayət əməllərinə haqq qazandıran informasiyaların yayılmasının yolverilməzliyi barədə müvafiq xəbərdarlıq verilməsinə baxmayaraq, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən qeyd olunan qanunazidd davranışlar davam etdirilib:

"Belə ki, vətəndaş Xəqani Hüseynovun “Telegram” informasiya ehtiyatında "Xaqocan” adı ilə qeydiyyatdan keçdiyi səhifədə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi faktı üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Araşdırma zamanı qeyd olunan səhifədə Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq olunan cinayət işi üzrə istintaq sirrini təşkil edən, zərərçəkmiş şəxs Ayşən Kazımovaya aid şəxsi və ailə sirrini açıqlayan, o cümlədən zorakılığın təbliğinə dair qanunvericiliklə yayılması qadağan edilən məlumatların yer aldığı bir neçə videogörüntünün ictimailəşdirilməsi müəyyən edilib".

Məlumatda vurğulanıb ki, X.Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsilə (internet informasiya ehtiyatında və yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Suraxanı rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə sonuncu 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, iyulun 23-də səhər saatlarında Abşeron rayonu Gənclər şəhərciyində 2002-ci il təvəllüdlü A.Kazımovanın yaşadığı mənzilin eyvanından yerə düşərək ölməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırmalar zamanı A.Kazımovanın həyat yoldaşı 2002-ci il təvəllüdlü Hüseyn Kazımov tərəfindən qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı onu qəsdən mənzildən yerə atıldığı müəyyən edilib. Daha sonra hadisə ilə bağlı sosial şəbəkələrdə yayılması qadağan olunan videogörüntülər paylaşılıb.

Baş nazirdən YENİ QƏRAR

16:25 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Baş nazirdən YENİ QƏRAR

101

0
Heydər Əliyev Fondu və Vatikan Apostol Arxivi rəqəmsal konservasiya üsullarına dair yeni razılaşma əldə ediblər

16:21 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Heydər Əliyev Fondu və Vatikan Apostol Arxivi rəqəmsal konservasiya üsullarına dair yeni razılaşma əldə ediblər

97

0
“Arvad al!” – Məsud Pezeşkiandan xahiş - VİDEO

16:09 / 24 Noyabr 2026

DÜNYA DÜNYA

“Arvad al!” – Məsud Pezeşkiandan xahiş - VİDEO

109

0
FHN güclü küləklə əlaqədar əhaliyə çağırış edib 

16:07 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

FHN güclü küləklə əlaqədar əhaliyə çağırış edib 

102

0
Moskva Cənubi Qafqaz masasına qayıdır? - Rusiyanın vasitəçilik həmləsi Bakı-İrəvan dialoqunu necə dəyişə bilər? — ŞƏRH  

16:02 / 24 Noyabr 2026

SİYASƏT SİYASƏT

Moskva Cənubi Qafqaz masasına qayıdır? - Rusiyanın vasitəçilik həmləsi Bakı-İrəvan dialoqunu necə dəyişə bilər? — ŞƏRH  

127

0
Azərbaycanda yeni sənəd hazırlanır - Gələcəkdə məcburi ola bilər 

15:41 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda yeni sənəd hazırlanır - Gələcəkdə məcburi ola bilər 

115

0
Abbaszadənin boşanma ilə bağlı çıxışı yenidən gündəmdə - Video

15:40 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Abbaszadənin boşanma ilə bağlı çıxışı yenidən gündəmdə - Video

147

0
Bakıda tanınmış iş adamı vəfat etdi - Foto 

15:36 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakıda tanınmış iş adamı vəfat etdi - Foto 

990

0
Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər 

15:34 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər 

435

0
2035-ci ilədək dünyanın dini xəritəsi dəyişəcək: İlahiyyatçıdan MÜHÜM AÇIQLAMA  

15:29 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2035-ci ilədək dünyanın dini xəritəsi dəyişəcək: İlahiyyatçıdan MÜHÜM AÇIQLAMA  

107

0
Penitensiar sistemdə “kadr boşluğu” necə doldurulacaq? – Hərbi ekspert seçimdə peşəkarlığın vacibliyindən danışdı  

15:17 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Penitensiar sistemdə “kadr boşluğu” necə doldurulacaq? – Hərbi ekspert seçimdə peşəkarlığın vacibliyindən danışdı  

144

0
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub

15:10 / 24 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub

131

0