Qaynar xətt:

(+99450) 247 90 86

Lənkərandan dəhşətli xəbər gəldi: Yaralılar var

Lənkərandan dəhşətli xəbər gəldi: Yaralılar var

SON DƏQİQƏ

594

27.06.2024, 18:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəranda yol qəzası olub.

Hadisə bu gün günorta saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran şəhəri ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Nəticədə üç nəfər - Lənkəranın Nərimanabad qəsəbə sakinləri 1962-ci il təvəllüdlü Arifə Qafar qızı Rəhimova, onun qardaşı 1960-cı il təvəllüdlü Bəxtiyar Qafar oğlu Abdullayev və 1959-cu il təvəllüdlü Əliyar Rəzzaq oğlu Rəhimov xəsarət alıb.

Onlar Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

A.Rəhimov reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.