Qaynar xətt:

(+99450) 247 90 86

Prezident polislərə əsəbiləşdi: Çıxın buradan bayıra... - VİDEO

2020/01/23/1579774290_photo_86578.jpg

SİYASƏT

845

23.01.2020, 14:10

Fransız Prezidenti Emmanuel Makrounun şok görütüləri yayılıb.

Redaktor.az xəbər verir ki, Dünya Holokost Forumunda iştirak etmək üçün İsrailə gedən Fransa liderinin səfəri zamanı gərgin anlar yaşanıb. 

İsrail Baş Nazirliyi sosial media hesabında  Emmanuel Makroun Rusiya prezidenti kimi təqdim edilib. 

Daha bir xoşagəlməz hadisə isə Fransa Prezidentinin Qüdsdə yerləşən Müqəddəs Ana kilsəsini ziyarəti zamanı baş verib. Sözügedən kilsə Fransa torpağı sayılır və 19-cu əsrdə Osmanlı İmperatorluğunun sultanı Əbdülməcid tərəfindən İmperator III Napoleona hədiyyə edilib.

Fransız kilsəsində İsrail təhlükəsizlik qüvvələrinin olması Emmanel Makronu qəzəbləndirib. Görüntülərdə Fransa prezidentinin ingilis dilində polislərə qışqırdığı görünür:

"Xahiş edirəm qaydalara hörmət edin. Bu qaydalar əsrlər boyu qüvvədədir. Hər kəs qaydaları çox yaxşı bilir. Hərəkətinizi bəyənmirəm. Zəhmət olmasa buranı tərk edin, çıxın bayıra..."