Prezident İlham Əliyevin korteji belə hərəkət etdi -VİDEO
21 Noyabr 2026, 22:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
63
21.11.2026, 22:47
Yasamalda baş verən yanğın zamanı 7 yaşlı qızı Arzunu itirən vəkil Əli Qəmbərov qızının vəfatının birinci ildönümündə sosial şəbəkə hesabında paylaşım edib:
“Bilsəydim, səninlə daha çox vaxt keçirərdim, qızım… Kaş həmin axşam, həmin gün yanında olaydım. Kaş o anlarda əlindən tuta, səni qoruya biləydim. Amma həyatın və taleyin öz yazısı var imiş. Təəssüf ki, qismətimizə bu ağır ayrılıq düşdü…
Bu gün aradan bir il keçsə də, sən unudulmadın. Əksinə, səni tanıyan, tanımayan o qədər insan var ki, bu gün səni yad edir, adını çəkir, xatirəni yaşadır. Səni sevən, sənin üçün darıxan, yoxluğuna üzülən insanların sayı az deyil. Bütün bunlar bir daha göstərir ki, insanın ömrünün uzunluğu deyil, həyatda qoyduğu iz və insanların qəlbində qazandığı yer önəmlidir.
Bəlkə də dünyada sənin yaşadığın ömrün qat-qat artığını yaşayanlar olacaq. Amma sən 7 illik ömrünlə elə bir iz qoydun ki, o iz heç vaxt silinməyəcək. Çünki sən unudulacaq bir uşaq deyildin. İnanıram ki, böyüsəydin, vicdanlı, mərhəmətli, mülayim və ədalətli bir insan olardın. Təəssüf ki, həyat sənə bu fürsəti vermədi…
Amma bir şeyi hər kəs bilməlidir ki, sənin ölümünə səbəbkar olanlar, bu faciədə məsuliyyət daşıyanlar layiqli cəzalarını almayana qədər mübarizəmi dayandırmayacağam. Sonadək gedəcəyəm!
Yaşatdıqlarını yaşamadan ölməyəcəklər...
Mən isə sənin qısa ömrünə baxmayaraq, adını, xatirəni və yarımçıq qalan arzularını yaşadacağam.
Ruhun şad olsun, mənim gözəl qızım.
Səni heç nə və heç kim unutdura bilməz.
Görüşənədək, Arzu”
22:32 / 21 Noyabr 2026
86
22:20 / 21 Noyabr 2026
191
22:02 / 21 Noyabr 2026
146
21:49 / 21 Noyabr 2026
81
21:32 / 21 Noyabr 2026
347
21:27 / 21 Noyabr 2026
111
21:20 / 21 Noyabr 2026
103
21:17 / 21 Noyabr 2026
432
20:49 / 21 Noyabr 2026
876
20:33 / 21 Noyabr 2026
138
20:09 / 21 Noyabr 2026
1461
19:14 / 21 Noyabr 2026
735
19:12 / 21 Noyabr 2026
188
18:41 / 21 Noyabr 2026
144
18:29 / 21 Noyabr 2026
130
18:19 / 21 Noyabr 2026
138
18:18 / 21 Noyabr 2026
147
17:54 / 21 Noyabr 2026
273
17:43 / 21 Noyabr 2026
2880
17:30 / 21 Noyabr 2026
180
17:17 / 21 Noyabr 2026
143
17:16 / 21 Noyabr 2026
181
17:08 / 21 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.