Abbaszadə haqqında MARAQLI FAKT: Məşhur şəxsin gəlini olubmuş
22 Noyabr 2026, 10:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
67
22.11.2026, 10:47
Gələn il yanvarın 1-dən fiziki şəxslərin aylıq gəlirlərindən tutulan gəlir vergisinin dərəcələri artırılır.
Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yeni vergi dərəcələri 2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək tətbiq olunacaq.
Dəyişikliklərə görə, 2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 5 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat və 2500 manatdan artıq hissənin 10 faizi, aylıq gəlir 8000 manatdan çox olduqda isə 675 manat və 8000 manatdan artıq hissənin 14 faizi gəlir vergisi kimi tutulacaq.
2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 175 manat və 2500 manatdan artıq hissənin 10 faizi, aylıq gəlir 8000 manatdan çox olduqda isə 725 manat və 8000 manatdan artıq hissənin 14 faizi gəlir vergisi kimi tutulacaq.
Qeyd edək ki, hazırda qüvvədə olan vergi qanunvericiliyinə görə, 2500 manatadək aylıq gəlirdən 3 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 75 manat və 2500 manatdan artıq hissənin 10 faizi, aylıq gəlir 8000 manatdan çox olduqda isə 625 manat və 8000 manatdan artıq hissənin 14 faizi gəlir vergisi kimi tutulur. Xatırladaq ki, Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi güzəştlərinin müddəti uzadılmayıb.
Bəs, gəlir vergisinin artırılması vətəndaşların maaşlarına necə təsir edəcək? Bu dəyişiklik işəgötürənlərin, yoxsa işçilərin maliyyə yükünü artıracaq?
İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı "AzPolitika"ya açıqlamasında bildirib ki, gəlir vergisi dərəcələrinin artırılması işləyən vətəndaşlara təsir edəcək, işləməyən şəxslərə isə aidiyyəti olmayacaq.
Onun sözlərinə görə, xüsusilə qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanların əməkhaqlarından tutulan gəlir vergisinin dərəcəsi 2 faiz bəndi artırılır. Bu dəyişiklik işəgötürənlərə deyil, birbaşa işçilərin maaşlarına təsir göstərəcək.
İqtisadçı qeyd edib ki, əvvəllər hökumət tərəfindən işçilərin əməkhaqlarına tətbiq olunan gəlir vergisi güzəştləri onların maaşlarından vergi tutulmasını əhəmiyyətli dərəcədə azaltmışdı. Lakin həmin güzəştlərin müddəti başa çatdığından vergi dərəcələrinin mərhələli şəkildə artırılması nəzərdə tutulur.
Xalid Kərimlinin sözlərinə görə, bu artım birdən-birə deyil, mərhələlərlə həyata keçiriləcək: "Belə ki, 2027-ci ildən gəlir vergisi 3 faizdən 5 faizə yüksələcək. 2028-ci ildə isə daha 2 faiz bəndi artaraq 7 faizə çatacaq. Nəticədə gəlir vergisi birbaşa işçilərin əməkhaqlarından tutulacağı üçün onların əlinə çatan xalis maaşın məbləği bir qədər azalacaq. Başqa sözlə, dəyişiklik işəgötürənin deyil, işçinin gəlirinə təsir edəcək".
10:51 / 22 Noyabr 2026
1
10:38 / 22 Noyabr 2026
69
10:16 / 22 Noyabr 2026
358
09:15 / 22 Noyabr 2026
656
08:56 / 22 Noyabr 2026
283
01:34 / 22 Noyabr 2026
205
01:33 / 22 Noyabr 2026
177
23:53 / 21 Noyabr 2026
952
23:41 / 21 Noyabr 2026
308
23:11 / 21 Noyabr 2026
1655
23:00 / 21 Noyabr 2026
186
22:47 / 21 Noyabr 2026
563
22:32 / 21 Noyabr 2026
241
22:20 / 21 Noyabr 2026
742
22:02 / 21 Noyabr 2026
645
21:49 / 21 Noyabr 2026
201
21:32 / 21 Noyabr 2026
736
21:27 / 21 Noyabr 2026
220
21:20 / 21 Noyabr 2026
200
21:17 / 21 Noyabr 2026
1052
20:49 / 21 Noyabr 2026
1397
20:33 / 21 Noyabr 2026
249
20:09 / 21 Noyabr 2026
2684
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.