Qaynar xətt:

(+99450) 247 90 86

Milli Məclis  bəyanat QƏBUL EDİB

Milli Məclis  bəyanat QƏBUL EDİB

SİYASƏT

111

03.11.2026, 12:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Məclisdə 8 Noyabr − Zəfər Günü ilə əlaqədar bəyanat müzakirəyə çıxarılıb.

Oxu24.com  xəbər verir ki, bəyanatı deputat Hikmət Babaoğlu oxuyur.

Bəyanatda deyilir:

"2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər xalqımızın, Ordumuzun və dövlətimizin birliyi sayəsində əldə edilib.

Keçilməz hesab edilən müdafiə xətləri yarılıb, işğalçı qüvvələrə ağır zərbələr endirilib. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabrın 8-də Şuşanın işğaldan azad edilməsidir. Azərbaycan tarixi ədaləti, beynəlxalq hüququn norma və prinsiplərini bərpa edib.

Azərbaycan Prezidentinin strateji baxışı, siyasi iradəsi, hərbi, diplomatik və informasiya sahələrində fəaliyyəti milli gücümüzü vahid hədəfə yönəltməyə imkan verib.

Beynəlxalq birlik region dövlətlərinin suveren seçiminə hörmətlə yanaşaraq birbaşa dialoqa dəstək verməlidir. Bu gün iqtisadi fəaliyyət və əhalinin rifahı üçün zəruri şərait təmin olunur. Soydaşlarımız ata-baba yurdlarına qovuşurlar".