Prezidentin bu sərəncamı ilə YENİ MƏRHƏLƏ BAŞLADI
14 Noyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
272
25.10.2026, 11:19
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Oxu24.com xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli Kasım-Jomart Kemeleviç,
Qazaxıstan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Bu gün Qazaxıstan Respublikası Sizin yürütdüyünüz düşünülmüş siyasət nəticəsində hərtərəfli inkişaf edərək bütün sahələrdə nailiyyətlər əldə etmiş, iqtisadi potensialını gücləndirmiş, beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Qazaxıstanın ildən-ilə yeni uğurlara imza atmasının şahidi olmaqdan, uğurlarını görməkdən qardaş ölkə olaraq səmimi-qəlbdən sevinirik.
Müntəzəm qarşılıqlı səfərlərimiz, görüşlərimiz, ali səviyyədə fəal dialoqumuz ikitərəfli münasibətlərimizin daha sürətlə inkişafında, strateji tərəfdaşlığımızın, habelə müttəfiqliyimizin möhkəmlənməsində və yeni məzmunla zənginləşməsində mühüm rol oynayır. Bu yaxınlarda AQEM-in 7-ci Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfərinizi yüksək qiymətləndirirəm.
Əminəm ki, zəngin mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığından güc alan Azərbaycan-Qazaxıstan dövlətlərarası əlaqələri birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf etməyə və güclənməyə davam edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul dövləti fəaliyyətinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.