Limit qoyulacaq -SAHİL BABAYEV AÇIQLADI
13 Noyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
312
28.09.2026, 19:18
Həbsdə olan Pakistanın keçmiş Baş naziri İmran Xan üçün hökumət tərəfindən azadlığa buraxılma müqabilində gizli bir razılaşma təklif edildiyi iddiası gündəmə gəlib.
Oxu24.com xəbər verir ki, İmran Xanın oğlu Qasım Xan “CBC News”a verdiyi müsahibədə atasına belə bir təklifin olunma ehtimalını istisna etməyib.
“Bir tərəfdən baxsam, onun bu razılaşmanı qəbul etməsini çox istərdim”, – deyə Qasım Xan bildirib.
Lakin o, atası ilə 7 aydan çoxdur danışmadığını və mümkün təklifin təfərrüatları barədə birbaşa məlumata malik olmadığını da əlavə edib. Qasım Xan həmçinin atasının digər siyasi məhbusları düşünərək yalnız öz azadlığı üçün belə bir şərti qəbul etməsinin çox çətin olacağını vurğulayıb.
Pakistanın İnformasiya Naziri Ətaullah Tarar isə iddialarla bağlı hələlik heç bir rəsmi açıqlama verməyib və rəsmi İslamabad təklif iddiasını təsdiqləməyib.
Xatırladaq ki, 73 yaşlı İmran Xan 2023-cü ildən bəri həbsdədir. Korrupsiya ittihamları ilə cəza çəkən eks-Baş nazir həbsinin siyasi sifarişli olduğunu bildirir. Avqust ayında Pakistan Ali Məhkəməsi səhhətinə görə onun xüsusi xəstəxanaya köçürülməsinə qərar vermişdi.
İmran Xanın sədri olduğu “Pakistan Tehreek-e-Insaf” (PTI) partiyasının rəhbərliyi isə siyasi məhbusların azad edilməsi, İmran Xanın bəraət alması və erkən seçkilərin keçirilməsi halında etiraz aksiyalarını təxirə sala biləcəklərini bəyan edib.NOCOMMENT.az
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.