Prezident Ukrayna ilə bağlı QANUNU İMZALADI
12 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
763
18.09.2026, 16:20
Azərbaycan və Türkiyə arasında mövcud olan hərbi-strateji tərəfdaşlıq və siyasi etimad iki ölkənin milli maraqları çərçivəsindən çıxaraq bütün regionun təhlükəsizlik arxitekturasını müəyyən edən əsas amilə çevrilib. Bu gün Bakı və Ankara Cənubi Qafqazda və daha geniş coğrafiyada sabitliyin, sülhün və təhlükəsizliyin qorunmasında koordinasiyalı şəkildə fəaliyyət göstərirlər.
Xüsusilə, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər bu strateji birliyin əhəmiyyətini bir daha göz önünə sərib. Dövlət başçısı Azərbaycan və Türkiyənin dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amil olduğunu vurğulayıb. Eyni zamanda, birgə fəaliyyətin xüsusilə indiki çətin geosiyasi vəziyyətdə regional sabitliyi daha da gücləndirdiyi diqqətə çatdırılıb. Təhlükəsizlik anlayışının yalnız sərhədlərin qorunması ilə məhdudlaşmadığı, həmçinin enerji dəhlizləri, nəqliyyat marşrutları və kommunikasiya xətlərinin fasiləsiz işləməsini əhatə etdiyi dövrdə bu tərəfdaşlığın rolu daha da artır. Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin müzakirə olunduğu hazırkı həssas mərhələdə iki qardaş ölkənin təhlükəsizlik sahəsindəki sıx koordinasiyası xüsusi önəm daşıyır. Məhz bu fonda Azərbaycan-Türkiyə tandeminin Cənubi Qafqazda sabitliyə və gələcək inkişaf perspektivlərinə təsirləri diqqət mərkəzindədir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Elman Telmanoğlu bildirib ki, Azərbaycan-Türkiyənin təhlükəsizlik arxitekturasındakı bu sıx inteqrasiyası Cənubi Qafqazda güc balansını və təhlükəsizlik mühitini kökündən şərtləndirən əsas amildir:
"Prezident İlham Əliyevin Azərbaycan və Türkiyəni 'vahid məkan' kimi səciyyələndirməsi təsadüfi deyil. Bu yanaşma həm Bakının, həm də Ankaranın təhlükəsizlik strategiyalarının bir-biri ilə tam sinxronlaşdığını göstərir. İki ölkənin təhlükəsizlik sahəsində apardığı koordinasiyalı siyasət Cənubi Qafqazda sabitliyə bir neçə əsas istiqamətdə praktiki təsir göstərir.
Politoloqun sözlərinə görə, bu tərəfdaşlıq regionda yarana biləcək hər hansı qeyri-sabitliyə və ya təhdidlərə qarşı operativ və çevik reaksiya mexanizmi formalaşdırır. Hərbi-strateji sahədə aparılan sıx informasiya mübadiləsi və qarşılıqlı təcrübə mübadiləsi potensial risklərin hələ yaranmaqda ikən neytrallaşdırılmasına imkan verir.
O qeyd edib ki, müasir dövrdə təhlükəsizlik anlayışı artıq təkcə hərbi obyektlərin və sərhədlərin qorunması ilə bitmir. Cənubi Qafqazın yeni geosiyasi reallığında beynəlxalq əhəmiyyətli enerji xətləri, nəqliyyat dəhlizləri, kommunikasiya infrastrukturu və regional ticarət yollarının təhlükəsizliyi birbaşa milli maraqların ayrılmaz hissəsidir:
“Azərbaycan və Türkiyənin bu istiqamətdəki birgə addımları regional bağlantıların təhlükəsiz, proqnozlaşdırılan və fasiləsiz işləməsini təmin edir”.
Elman Telmanoğlu vurğulayıb ki, ən vacib məqamlardan biri də odur ki, bu əməkdaşlıq hər hansı qarşıdurma üzərində deyil, tam əksinə, sülh, sabitlik və regional əməkdaşlıq gündəliyi üzərində qurulub:
“Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin yeni mərhələyə keçdiyi bir dönəmdə Bakı və Ankaranın hərbi-siyasi koordinasiyası regionda yaranan yeni əməkdaşlıq imkanlarının və sülh mühitinin qorunması üçün əlavə təhlükəsizlik zəminidir. Qlobal miqyasda geosiyasi gərginliklərin artdığı indiki həssas dövrdə bu vahid mövqe Cənubi Qafqazın etibarlı təhlükəsizlik adasına çevrilməsində həlledici rol oynayır”.
Beləliklə, Azərbaycan və Türkiyə arasında təhlükəsizlik və strateji tərəfdaşlıq sahəsində əldə olunan yüksək səviyyəli koordinasiya təkcə iki ölkənin milli maraqlarını qorumaqla kifayətlənmir, həm də bütün Cənubi Qafqazda uzunmüddətli sülhün, iqtisadi inkişafın və sabitliyin əsas təminatçısına çevrilir. Mövcud qlobal çağırışlar və regional transformasiyalar fonunda Bakı-Ankara birliyi gələcəyə hesablanmış ən etibarlı geosiyasi dayaq kimi çıxış edir.
Çimnaz Telmanqızı
03:05 / 13 Oktyabr 2026
36
01:20 / 13 Oktyabr 2026
102
00:44 / 13 Oktyabr 2026
686
00:38 / 13 Oktyabr 2026
174
00:35 / 13 Oktyabr 2026
507
00:33 / 13 Oktyabr 2026
120
00:13 / 13 Oktyabr 2026
146
00:08 / 13 Oktyabr 2026
286
00:07 / 13 Oktyabr 2026
213
00:05 / 13 Oktyabr 2026
160
23:56 / 12 Oktyabr 2026
112
23:49 / 12 Oktyabr 2026
207
23:46 / 12 Oktyabr 2026
988
23:32 / 12 Oktyabr 2026
145
23:25 / 12 Oktyabr 2026
122
23:17 / 12 Oktyabr 2026
163
23:16 / 12 Oktyabr 2026
125
23:14 / 12 Oktyabr 2026
219
23:04 / 12 Oktyabr 2026
99
23:04 / 12 Oktyabr 2026
1319
23:01 / 12 Oktyabr 2026
151
22:54 / 12 Oktyabr 2026
148
22:43 / 12 Oktyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.