Pezeşkian Moskvaya səfər edəcək
24 Oktyabr 2026, 18:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
4362
11.09.2026, 18:30
Azərbaycanda 2027–2029-cu illərdə ölkə və regionlar üzrə rəqabətin inkişaf səviyyəsini göstərən “rəqabət xəritəsi” hazırlanacaq, bir sıra məhsul və xidmət bazarlarında isə mövcud tənzimləmələrə yenidən baxılacaq.
Oxu24.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin 11 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nda nəzərdə tutulub.
Sənədə əsasən, bazar iştirakçılarının fəaliyyət imkanlarını genişləndirmək məqsədilə iqtisadi, texniki və inzibati tənzimləmələr, o cümlədən lisenziya və icazə prosedurları təhlil ediləcək. Nəticələr əsasında onların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.
Bununla yanaşı, dövlətin müstəsna iştirak etdiyi, eləcə də xüsusi tənzimləmə tətbiq olunan bəzi infrastruktur və xidmət sahələrinin rəqabətli bazar modelinə mərhələli keçidi imkanları qiymətləndiriləcək. Zərurət yarandıqda xüsusi tənzimləməyə aid subyekt və fəaliyyət istiqamətləri üzrə mövcud siyahılara dəyişiklik layihələri hazırlanacaq.
Plan çərçivəsində 2027–2029-cu illərdə ölkə və regionlar üzrə rəqabətin inkişaf səviyyəsini ölçən göstəricilər sistemi yaradılacaq. Bu göstəricilər əsasında Azərbaycanın rəqabət xəritəsi hazırlanaraq istifadəyə veriləcək.
Həmçinin dövlət müəssisələrində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi qiymətləndiriləcək və onların təkmilləşdirilməsi üzrə təkliflər hazırlanacaq. Bu tədbir nəzarət zərfi dövlətə məxsus banklara şamil edilməyəcək.
Milli Fəaliyyət Planının əsas məqsədi rəqabət mühitini yaxşılaşdırmaq, özəl investisiyaların artımını stimullaşdırmaq və dayanıqlı iqtisadi artımı dəstəkləməkdir.
23:16 / 24 Oktyabr 2026
156
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
113
22:14 / 24 Oktyabr 2026
89
22:05 / 24 Oktyabr 2026
292
21:42 / 24 Oktyabr 2026
1888
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
95
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
98
20:31 / 24 Oktyabr 2026
968
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
108
19:55 / 24 Oktyabr 2026
100
19:40 / 24 Oktyabr 2026
99
19:09 / 24 Oktyabr 2026
136
18:55 / 24 Oktyabr 2026
94
18:40 / 24 Oktyabr 2026
111
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
446
18:13 / 24 Oktyabr 2026
681
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.