Limit qoyulacaq -SAHİL BABAYEV AÇIQLADI
13 Noyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
639
10.09.2026, 20:27
Azərbaycanın Beynəlxalq Atom Enerjisi Agentliyinin tədbirlərində nüvə təhlükəsizliyini önə çəkməsi və dinc atom mövqeyini dəstəkləməsi ölkənin beynəlxalq hüquqa sadiqliyini bir daha nümayiş etdirir. Respublikamızın nüvə silahının yayılmaması prinsiplərinə sadiqliyi Cənubi Qafqazda sülh və sabitliyin qorunmasında mühüm rol oynayır. Bu balanslı xətt regionda potensial gərginliklərin qarşısının alınmasına və təhlükəsizlik mühitinin gücləndirilməsinə xidmət edir. Praqmatik və obyektiv siyasət yürüdən Azərbaycan beynəlxalq təşkilatlarda etibarlı tərəfdaş kimi tanınır. MAQİƏ ilə tibb, kənd təsərrüfatı və radiasiya təhlükəsizliyi sahələrində əməkdaşlığın genişlənməsi ölkəmizin elmi və praktiki potensialını artırır.
Məsələ ilə bağlı Oxu24.com-a danışan siyasi şərhçi Tural İrfan bildirib ki, ilk növbədə Azərbaycanın Beynəlxalq Atom Enerjisi Agentliyinin tədbirlərində nüvə təhlükəsizliyini vurğulaması və dinc atom mövqeyini dəstəkləməsi ölkənin beynəlxalq hüquqa sadiqliyini göstərir və onun regional nüfuzunu gücləndirir.
Onun sözlərinə görə, Azərbaycanın nüvə silahının yayılmaması prinsiplərini dəstəkləməsi Cənubi Qafqazda sülh və sabitliyin davamlı olmasının vacibliyini göstərir və bu mövqe regionda gərginlik yaradan potensial risklərin qarşısının alınmasına və davamlı sülhün əhəmiyyətli olmasına xidmət edir.
Siyasi şərhçi qeyd edib ki, ölkəmiz qonşuluqdakı həssas nüvə proqramlarına qarşı beynəlxalq nəzarət mexanizmlərini dəstəkləməklə müstəqil və praqmatik xətt izləyir:
“Məlumdur ki, İranın da belə bir proqramı var və iddia edir ki, dinc məqsədlər üçün nəzərdə tutulub. Ümumiyyətlə praqmatik və obyektiv mövqeyinə görə Azərbaycan beynəlxalq təşkilatlarda etibarlı tərəfdaş kimi tanınır. Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsinə, məsələn, tibb, kənd təsərrüfatı, radiasiya təhlükəsizliyi və s. kimi məqsədlər üçün tətbiqi üçün MAQİƏ ilə əməkdaşlıq isə genişlənir”.
Tural İrfan vurğulayıb ki, Cənubi Qafqaz və ətraf regionlarda nüvə enerjisi ilə bağlı baş verən geosiyasi mübarizələr Azərbaycanın sərhədlərinə yaxın ərazilərdə ekoloji və təhlükəsizlik riskləri də yarada bilər:
“Regional güclər arasında artan rəqabət zamanı Azərbaycanın bu balanslı xətti qoruması həssas diplomatiya tələb edir ki, bu istiqamətdə sərgilənən doğru mövqe də balanslı siyasət nəticəsində öz müsbət təsirini göstərir”.
Çimnaz Telmanqızı
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.