Limit qoyulacaq -SAHİL BABAYEV AÇIQLADI
13 Noyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
371
31.08.2026, 13:00
Bu gün Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan, eyni zamanda beynəlxalq təhlükəsizliyin təmin olunmasında, qlobal proseslərin sülh və sabitlik şəraitində inkişafında, həmçinin regional və qlobal əhəmiyyətli iqtisadi layihələrin reallaşmasında mühüm ölkələrdən biri kimi ön sırada dayanır. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər təkcə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmədi. Bu Zəfər regionda və Avrasiya məkanında yeni reallıqlar yaratdı və bu gün əksər ölkələr Cənubi Qafqazın gələcək inkişafının məhz bu reallıqlar fonunda mümkün olduğunu qəbul edir.
Oxu24.com xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.
Onun sözlərinə görə, Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarda sıravi və passiv mövqedə dayanmır, sülh və sabitliyin, iqtisadi inteqrasiya və əməkdaşlığın gücləndirilməsinə mühüm töhfələr verir.
“Bu baxımdan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatındakı (ŞƏT) yeri və rolu da xüsusi əhəmiyyət daşıyır. ŞƏT-də iştirak ölkəmizə Asiyanın mühüm siyasi və iqtisadi proseslərində daha fəal iştirak etməklə yanaşı, Asiya ilə Qərb arasında əlaqələrin dərinləşdirilməsində rolunu gücləndirmək imkanı yaradır. Azərbaycanın ŞƏT-də iştirakı ölkəmiz üçün ciddi iqtisadi dividendlər də vəd edir. Çin, Hindistan, Pakistan, Rusiya, İran və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi yeni ticarət, investisiya, logistika, sənaye və qeyri-neft sektoru imkanları yarada bilər. Azərbaycanın əsas üstünlüyü isə bu nəhəng iqtisadi məkanı Qərb bazarları ilə birləşdirən mühüm bağlantı ölkəsi olmasıdır”, - deyə Nadir Azəri qeyd edib.
Siyasi şərhçinin sözlərinə görə, Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycanın Avrasiyanın mühüm logistika mərkəzlərindən birinə çevrilməsi üçün ciddi imkanlar yaradır: “Çin və Mərkəzi Asiyadan Avropaya yükdaşımaların Xəzər üzərindən Azərbaycan vasitəsilə həyata keçirilməsi ölkəmizin tranzit əhəmiyyətini daha da artırır. ŞƏT çərçivəsində enerji əməkdaşlığının genişləndirilməsi də Azərbaycan üçün mühüm perspektivlər vəd edir. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP kimi layihələr Azərbaycanın enerji təhlükəsizliyi və enerji marşrutlarının şaxələndirilməsində rolunu təsdiqləyib. Zəngəzur dəhlizinin gələcəkdə istifadəyə verilməsi isə bu imkanları daha da genişləndirərək Azərbaycanın Şərq-Qərb nəqliyyat bağlantısındakı rolunu gücləndirə bilər. Bununla yanaşı, ŞƏT məkanından investisiyaların və yeni texnologiyaların cəlb edilməsi, Azərbaycan məhsullarının böyük bazarlara çıxış imkanlarının genişləndirilməsi də mühüm dividendlər sırasındadır.
Burada yalnız Azərbaycanın ŞƏT-dən nə qazanacağına deyil, Azərbaycanın ŞƏT-ə nə verə biləcəyinə də diqqət yetirmək lazımdır. Xəzər dənizi, Bakı Limanı, Orta Dəhliz, Şimal-Cənub marşrutu və enerji infrastrukturu ŞƏT ölkələrinin Avropa bazarlarına çıxışını genişləndirən strateji imkanlardır. Bu baxımdan Azərbaycan ŞƏT üçün sadəcə tərəfdaş deyil, Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynayan ölkədir”.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.