Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub
24 Avqust 2026, 15:03
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
129
24.08.2026, 14:30
“Azərbaycan-Özbəkistan münasibətləri Türk dünyasının inteqrasiyasına yeni mərhələ gətirir: POLİTOLOQ
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana rəsmi səfəri iki qardaş ölkə arasında siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bir daha sübut etdi. Səfər çərçivəsində Zəngəzur dəhlizi, Mərkəzi Asiya–Azərbaycan inteqrasiyası və Özbəkistanın Qarabağda həyata keçirilən bərpa layihələrində aktiv iştirakı kimi strateji məsələlər diqqət mərkəzində oldu. Xüsusilə iki dövlət arasında imzalanan Əbədi Dostluq və Müttəfiqlik haqqında müqavilə regionun geosiyasi mənzərəsini köklü şəkildə dəyişdirir. Bu tarixi addım təkcə ikitərəfli əlaqələrin deyil, ümumilikdə Türk dünyasının geostrateji birliyinin möhkəmlənməsinə xüsusi töhfə verir.
Mövzu ilə bağlı Oxu24.com-a öz geniş siyasi təhlilini təqdim edən politoloq Natiq Miri bildirib ki, Azərbaycan və Özbəkistan münasibətləri Türk dünyasının inteqrasiyası nöqtəyi-nəzərindən çox əhəmiyyətlidir:
“Bir bölgədə, coğrafiyada böyük anlamda həqiqətən də siyasi, iqtisadi, o cümlədən milli-mənəvi və psixoloji anlamda böyük bir strateji layihənin həyata keçirilməsini istəyiriksə, bu coğrafiyada istinad nöqtəsi olmalıdır. Belə bir istinad nöqtəsi Türkistanda dost və qardaş Özbəkistan dövlətidir.
2022-ci ildən üzübəri münasibətlərin yalnız zirvəyə yönəlik istiqamət götürdüyünü müşahidə edirik. Məhz bunun nəticəsidir ki, tərəfdaşlıq artıq strateji müttəfiqliyə qədər inkişaf edib”.
Onun sözlərinə görə, son mərhələlərdən biri də bunun bariz göstəricisi olan iki dövlət arasında Əbədi Dostluq Müqaviləsinin imzalanmasıdır. Bu, beynəlxalq münasibətlər sistemində bir yenilikdir. Çünkü dostluq anlayışı standart olaraq bütün dünyada eyni qəbul edilir və təxminən tərəflərin maraqları çərçivəsində dəyərləndirilir. Lakin Azərbaycan və Özbəkistan Əbədi Dostluq Müqaviləsi imzalamaqla dünyada növbəti dəfə bir ilki ortaya qoydular. Çünkü Türk baxışı ilə dost sözü qəlb işidir. Qəlbin qapısı içəridən açılır və sənin razı olmadığın kimsə bu qapıdan içəri girə bilməz. Ona görə də bunun mənəvi, əxlaqi və psixoloji anlamı daha böyük və daha dərindir. Bu səbəbdən Əbədi Dostluq Müqaviləsi strateji tərəfdaşlıq, hətta strateji müttəfiqlik sənədindən belə daha böyük əhəmiyyət daşıyan bir dəyərə çevrilir. Biz bunu hayqıraraq bütün dünyaya bəyan edirik; bu bir əxlaq nümunəsidir.
Natiq Miri qeyd edib ki, əslində, Türk dünyasının inteqrasiyası və birliyi yönündə biz növbəti mərhələni keçirik:
“Əvvəl qardaş Türkiyə ilə strateji tərəfdaşlıq və strateji müttəfiqlik dostluq-qardaşlıq zirvəsinə yüksəldi və bu proses davam edir. Bu gün bu bayrağı Azərbaycan-Özbəkistan münasibətləri kontekstində daha da irəliyə daşıya bildik. Bunlar təsir imkanı olan böyük bir anlamdır. O mənada ki, sabah bu bayraqlar, bu dostluq və qardaşlıqlar Qazaxıstanda, Qırğızıstanda, Türkmənistanda, daha sonra Tatarıstanda və ya Şimali Kiprdə də birlik bayraqları kimi dalğalana bilər. Yəni bu gün potensialın nə qədər böyük olduğunu və bu potensialın kinetik energiyaya çevrilməsi üçün bütün qapı və pəncərələri açdıq”.
Politoloq vurğulayıb ki, bu münasibətlər sistemi bir örnəkdir və hər kəs üçün dərslik olmaqla bərabər, gələcək istiqaməti müəyyənləşdirir, inteqrasiyanı, dil birliyini, soykök yakınlığını gücləndirir, xalqlar arasında münasibətləri yaxınlaşdırır və birliyi təmin edir. O bildirib ki, Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı imkan verdi ki, Avrasiyada Türkistanı Cənubi Qafqazla siyasi, iqtisadi, nəqliyyat-logistika və mənəvi-psixoloji anlamda bir platformada birləşdirmək mümkün olsun:
“5+1’ platforması da tarixdə bir ilkdir və bu, Azərbaycan, Özbəkistan və bütövlükdə Türk dünyası adına böyük bir uğurdur. Ona görə də bir neçə cümlə ilə bunun siyasi, geosiyasi, əxlaqi və mənəvi dəyərini ifade etmək çətindir, çünki bu, çox uzağa gedən bir addımdır. Hədəf bəllidir — Qızıl Almadır. Bəzən bu birlikdən əndişə duyanlar ‘Turan’ ifadəsindən qorxub belə bir birliyə qarşı mövqe nümayiş etdirirlər. Ancaq bu, Qızıl Alma məfkurəsinin səhv anlaşıldığını ortaya qoyur”.
N.Miri vurğulayıb ki, zamanında İslamda xəlifəliyin bütün dünyaya hökmranlıq etmə qayəsi kimi yanlış dəyərləndirilməsi müharibələrə və müsəlmanların parçalanmasına gətirib çıxardığı kimi, bu gün də bundan istifadə etmək istəyənlər var. Lakin Qızıl Alma qayəsi dünyaya hökmranlıq etmək deyil. Qızıl Almada hədəf ən yüksək insan şüurudur:
“Ən yüksək insan şüuru bütün bəşəriyyətə sülh, ədalət, əbədi səadət, zənginlik və huzur vəd edir. Türk şüurunun, Türk qayəsinin ortaya qoyduğu mahiyyət budur. Ona görə də Azərbaycan, Türkiyə və Türkistanda baş verən proseslərə baxış bucağı ortaya qoyanda bütün bu mahiyyətləri düşünmək və buna uyğun qərarlar vermək lazımdır. Bu baxımdan Azərbaycan-Özbəkistan yaxınlaşması sabah Türk Dövlətləri Təşkilatının və birliyinin daha da güclənməsi, azad və qüdrətli olması deməkdir. Nəzərə alsanız ki, artıq dünyada hər şey əvvəlki kimi deyil və tamamilə fərqli bir dünya mənzərəsi formalaşır, belə bir zamanda nə Avropa İttifaqının, nə ABŞ-nin, nə Çinin, nə də Rusiyanın yanında əlavə güc olma qayəsi tamamilə əhəmiyyətini itirir”.
Yekunda, politoloq əlavə edib ki, Avropa İttifaqında 28-ci yedək qüvvə olmaqdansa, hər Türk Cümhuriyyətinin Türk birliyində birinci olmasına ehtiyac var. Çünkü Türk özünə qayıtdığı zaman böyük olur. Bu gün bütün Türk xalqları çox sürətlə özünə qayıdır, türklük hər kəsin qürur mənbəyinə çevrilir. İnsanlar arası münasibətlər dövlətlərarası inteqrasiyadan daha sürətlə inkişaf edir.
Bu qarşısıalınmaz bir prosesdir və Azərbaycan-Özbəkistan münasibətlərinin zirvəyə yüksəlməsi bütün bu amillər nəzərə alınaraq qiymətləndirilməlidir”,- deyə müsahib fikrini tamamlayıb.
Çimnaz Telmanqızı
15:15 / 24 Avqust 2026
1
15:14 / 24 Avqust 2026
9
15:13 / 24 Avqust 2026
12
15:03 / 24 Avqust 2026
29
14:55 / 24 Avqust 2026
33
14:49 / 24 Avqust 2026
43
14:37 / 24 Avqust 2026
42
14:05 / 24 Avqust 2026
117
14:00 / 24 Avqust 2026
70
13:59 / 24 Avqust 2026
65
13:56 / 24 Avqust 2026
67
13:52 / 24 Avqust 2026
57
13:47 / 24 Avqust 2026
65
13:36 / 24 Avqust 2026
85
13:23 / 24 Avqust 2026
553
13:23 / 24 Avqust 2026
70
13:21 / 24 Avqust 2026
80
12:58 / 24 Avqust 2026
69
12:44 / 24 Avqust 2026
74
12:38 / 24 Avqust 2026
116
12:37 / 24 Avqust 2026
207
12:35 / 24 Avqust 2026
72
12:26 / 24 Avqust 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.