10 gün ərzində qeydiyyata düşməyənləri CƏRİMƏ GÖZLƏYİR – Hüquqşünas açıqladı
04 Oktyabr 2026, 16:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
218
23.08.2026, 14:20
Özbəkistanla Azərbaycan arasındakı münasibətlər artıq strateji müttəfiqlik xarakteri daşıyır.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Özbəkistanda "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"yə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, 2020-ci ildə iki dövlət başçısının təmaslarından sonra Özbəkistan və Azərbaycan münasibətləri yeni bir mərhələyə qədəm qoyub:
"Həmin dövrdən etibarən iki dövlət arasında münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə çatıb. İndi isə əbədi dostluq münasibətləri xarakteri daşıyacaq. Bu, Azərbaycanın diplomatik təcrübəsində bir ilkdir və biz belə bir addımı iki dəfə Özbəkistanla atırıq. Onsuzda xalqlarımız əbədi dostu idilər. Çünki Azərbaycan və Özbəkistan tarixinə baxsaq, bizim aramızda o qədər bağlantılar var. Bunu hətta biz Əlişir Nəvainin əsərlərində, digər özbək ədiblərin əsərlərində də görə bilərik".
Hikmət Hacıyev bildirib ki, tarixi əsnada mövcud olan Azərbaycan-Özbəkistan ədəbi dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır:
"Yəni, bu səfər Azərbaycan üçün çox mühüm xarakter daşıyır. Çünki Azərbaycan və Özbəkistan ilk növbədə qardaş xalqlardır. Qardaş xalqlar olaraq bizim aramızdakı əlaqələr dövlət başçılarımızın səyləri nəticəsində bu günləri müttəfiqlik xarakteri daşıyır və Özbəkistan-Azərbaycan münasibətləri bu gündə həmkarlarımıza izah etdiyim kimi müttəfiqlikdən də yeni bir mərhələyə, əbədi dostluq münasibətləri səviyyəsinə qalxır. Bu gündən artıq siyasi müstəvidə bu əbədi dostluq xarakteri daşıyacaq. Ona görə də hesab edirik ki, bu səfər Azərbaycan-Özbəkistan qardaşlıq, müttəfiqlik və əbədi dostluq münasibətlərində yeni mərhələ olacaqdır. Qardaş Özbəkistana da bu qonaqpərvərliyə görə ayrıca təşəkkür edirik və eyni zamanda təbrik edirik. Özbəkistan mediasında cənab Prezidentin Özbəkistan-Azərbaycan əlaqələri ilə bağlı geniş bir müsahibəsi dərc edildi və cənab Prezident orada qeyd edib ki, biz hər dəfə Özbəkistana gələndə sevinirik".
19:09 / 04 Oktyabr 2026
10
18:44 / 04 Oktyabr 2026
20
18:34 / 04 Oktyabr 2026
36
17:50 / 04 Oktyabr 2026
65
17:45 / 04 Oktyabr 2026
67
17:35 / 04 Oktyabr 2026
73
17:30 / 04 Oktyabr 2026
398
17:23 / 04 Oktyabr 2026
203
17:20 / 04 Oktyabr 2026
49
16:58 / 04 Oktyabr 2026
1918
16:56 / 04 Oktyabr 2026
184
16:55 / 04 Oktyabr 2026
146
16:53 / 04 Oktyabr 2026
167
16:51 / 04 Oktyabr 2026
80
16:49 / 04 Oktyabr 2026
72
14:30 / 04 Oktyabr 2026
98
14:04 / 04 Oktyabr 2026
132
14:00 / 04 Oktyabr 2026
98
13:55 / 04 Oktyabr 2026
71
13:44 / 04 Oktyabr 2026
297
13:40 / 04 Oktyabr 2026
79
13:30 / 04 Oktyabr 2026
71
13:15 / 04 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.