Prezident İlham Əliyevin Özbəkistan səfəri - Bakı ilə Daşkənd arasında yeni əməkdaşlıq mərhələsi
23 Avqust 2026, 13:33
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
94
23.08.2026, 12:55
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23-24 avqust tarixlərində Özbəkistana dövlət səfəri gözlənilir.
Oxu24.com ölkə başçısının Özbəkistana bundan öncəki səfərləri təqdim edir:
Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra ilk dəfə 23-24 mart 2004-cü ildə Özbəkistana dövlət səfəri edib. Səfər çərçivəsində Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü keçirilib. O zaman Özbəkistana İslam Kərimov rəhbərlik edirdi.
Dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşdə Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələləri, regional və beynəlxalq problemlər, habelə ölkələri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tərəflər iqtisadi əməkdaşlığın inkişafına, o cümlədən qarşılıqlı mal dövriyyəsinin artırılmasına, nəqliyyat və energetika məsələlərinə, həmçinin humanitar və mədəni əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetiriblər.
Səfər çərçivəsində Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Daşkənddə böyük Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olub.
İlham Əliyevin Özbəkistana növbəti səfəri 27-28 sentyabr 2010-cu ildə baş tutub.
Səfər zamanı Azərbaycan Prezidenti Özbəkistan Prezidenti İslam Kərimovla təkbətək görüşüb. İlham Əliyev Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin binasının açılış mərasimində də iştirak edib.
Səfər çərçivəsində iki ölkə arasında aviasiya personalı şəhadətnamələrinin qarşılıqlı tanınması, televiziya və radio sahəsində əməkdaşlıq, elm və incəsənət, hüquqi yardım, daxili işlər orqanları arasında qarşılıqlı fəaliyyət, həmçinin vətəndaşların vizasız gəliş-gedişi ilə bağlı bir sıra sənədlər imzalanıb.
3 sentyabr 2016-cı ildə Prezident İlham Əliyev Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun dəfn mərasimində iştirak etmək üçün Səmərqəndə səfər edib.
Qeyd edək ki, İslam Kərimov 2 sentyabr 2016-cı ildə vəfat edib. İlham Əliyev Səmərqənddə keçirilən vida mərasimində iştirak edib və İslam Kərimovun ailəsinə və Özbəkistan xalqına başsağlığı verib.

Səfər çərçivəsində iki ölkə prezidentinin iştirakı ilə Daşkənddə Heydər Əliyev Meydanının və memorial kompleksinin açılış mərasimi keçirilib. Görüşlər zamanı Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında Siyasi Bəyannamə imzalanıb.
İlham Əliyevin Özbəkistana həmin il növbəti səfəri 15-16 sentyabrda baş tutub. Prezident Şavkat Mirziyoyevin dəvəti ilə Səmərqəndə gedən İlham Əliyev burada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak edib.
Həmin il dövlət başçısının Özbəkistana daha bir səfəri olub. 10-11 noyabr 2022-ci ildə İlham Əliyev Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak edib.
8-9 noyabr 2023-cü ildə İlham Əliyev Özbəkistana səfər edib. Noyabrın 9-da Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib və çıxış edib.
Daha sonra 22-23 avqust 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana dövlət səfəri edib.
Avqustun 23-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib.
Səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb.
Həmçinin İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarını qəbul ediblər.
İlham Əliyevin Özbəkistana növbəti səfəri 15-16 noyabr 2025-ci ildə baş tutub.
Noyabrın 15-də Daşkənddə “Gələcəyin İrsi” Beynəlxalq Mükafatının təntənəli təqdimat mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Qeyd edək ki, Azərbaycandan bu mükafata Xalq artisti Alim Qasımov layiq görülüb.
Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib. Prezident İlham Əliyev görüşdə çıxış edib. Tədbirdə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı haqqında Qərar və digər sənədlər imzalanıb.
Modern.az
13:43 / 23 Avqust 2026
1
13:42 / 23 Avqust 2026
10
13:35 / 23 Avqust 2026
24
13:33 / 23 Avqust 2026
28
13:06 / 23 Avqust 2026
222
12:49 / 23 Avqust 2026
387
12:11 / 23 Avqust 2026
68
12:04 / 23 Avqust 2026
59
11:54 / 23 Avqust 2026
643
11:52 / 23 Avqust 2026
68
11:51 / 23 Avqust 2026
59
02:23 / 23 Avqust 2026
95
22:37 / 22 Avqust 2026
162
21:49 / 22 Avqust 2026
234
21:35 / 22 Avqust 2026
177
20:40 / 22 Avqust 2026
174
20:15 / 22 Avqust 2026
153
20:14 / 22 Avqust 2026
173
19:59 / 22 Avqust 2026
91
19:48 / 22 Avqust 2026
201
19:33 / 22 Avqust 2026
179
18:55 / 22 Avqust 2026
249
18:26 / 22 Avqust 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.