Limit qoyulacaq -SAHİL BABAYEV AÇIQLADI
13 Noyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
313
20.08.2026, 17:45
Azərbaycanda 3 yeni turizm və rekreasiya zonasının yaradılması, həmçinin 8 yeni dağ-piyada marşrutunun hazırlanması nəzərdə tutulur.
Oxu24.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.
Sənədə əsasən, 2027–2030-cu illərdə 3 yeni turizm və rekreasiya zonası yaradılacaq. Həmin zonaların tərkibində azı 3 turizm mərkəzinin formalaşdırılması nəzərdə tutulur.
Seçilmiş turizm mərkəzləri baş inkişaf planlarına uyğun olaraq sosial, mədəni, inzibati, mühəndis-kommunikasiya, avtomobil yolları və yol-nəqliyyat infrastrukturu ilə təmin ediləcək. Daha sonra bu ərazilərə özəl investisiyaların cəlb edilməsi və dövlət-özəl tərəfdaşlığı layihələrinin həyata keçirilməsi planlaşdırılır.
Dövlət Proqramında dağ-piyada turizminin inkişafı da ayrıca nəzərdə tutulub. Mövcud 40 haykinq və trekinq marşrutu qiymətləndiriləcək, əlavə 8 dağ-piyada marşrutu müəyyən edilərək işarələnəcək və rəqəmsal xəritələndiriləcək. Seçilmiş marşrutlarda baza düşərgələrinin və yüngül turizm infrastrukturunun yaradılması da planlaşdırılır.
Yeni turizm və rekreasiya zonalarının yaradılması üzrə əsas icraçı Dövlət Turizm Agentliyidir. Prosesdə İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti qurumlar iştirak edəcək.
00:02 / 14 Noyabr 2026
72
23:58 / 13 Noyabr 2026
54
23:49 / 13 Noyabr 2026
53
23:40 / 13 Noyabr 2026
63
23:28 / 13 Noyabr 2026
65
23:22 / 13 Noyabr 2026
78
23:17 / 13 Noyabr 2026
79
23:09 / 13 Noyabr 2026
88
23:05 / 13 Noyabr 2026
85
23:02 / 13 Noyabr 2026
89
22:53 / 13 Noyabr 2026
99
22:49 / 13 Noyabr 2026
95
22:41 / 13 Noyabr 2026
92
22:36 / 13 Noyabr 2026
108
22:18 / 13 Noyabr 2026
98
22:13 / 13 Noyabr 2026
99
22:03 / 13 Noyabr 2026
571
21:43 / 13 Noyabr 2026
923
21:36 / 13 Noyabr 2026
106
21:29 / 13 Noyabr 2026
133
21:24 / 13 Noyabr 2026
295
21:03 / 13 Noyabr 2026
115
20:58 / 13 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.