Limit qoyulacaq -SAHİL BABAYEV AÇIQLADI
13 Noyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
308
20.08.2026, 16:17
Azərbaycanda turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib.
Oxu24.com Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Nazirlər Kabineti (NK) altı ay müddətində Dövlət Turizm Agentliyinin təklifləri əsasında "Turizm haqqında" qanunun təkmilləşdirilməsi, üç ay müddətində isə turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi və turizm fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla investisiya təşviqi sənədinin verilməsi mexanizminin təkmilləşdirilməsini təmin etməlidir.
Bundan başqa, NK Dövlət Proqramının 8.8.1.3-cü abzasında və 8.8.2-ci yarımbəndində nəzərdə tutulmuş dövlət büdcəsi hesabına verilən subsidiya şərtlərinə dair, həmçinin nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli və tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Dövlət Turizm Agentliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidir.
Tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Dövlət Turizm Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
00:02 / 14 Noyabr 2026
72
23:58 / 13 Noyabr 2026
54
23:49 / 13 Noyabr 2026
53
23:40 / 13 Noyabr 2026
63
23:28 / 13 Noyabr 2026
65
23:22 / 13 Noyabr 2026
78
23:17 / 13 Noyabr 2026
79
23:09 / 13 Noyabr 2026
88
23:05 / 13 Noyabr 2026
85
23:02 / 13 Noyabr 2026
89
22:53 / 13 Noyabr 2026
99
22:49 / 13 Noyabr 2026
95
22:41 / 13 Noyabr 2026
92
22:36 / 13 Noyabr 2026
108
22:18 / 13 Noyabr 2026
98
22:13 / 13 Noyabr 2026
99
22:03 / 13 Noyabr 2026
571
21:43 / 13 Noyabr 2026
923
21:36 / 13 Noyabr 2026
106
21:29 / 13 Noyabr 2026
133
21:24 / 13 Noyabr 2026
295
21:03 / 13 Noyabr 2026
115
20:58 / 13 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.