Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib
05 Noyabr 2026, 18:34
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
246
11.08.2026, 23:16
“Zəngəzur dəhlizinin yaradılması bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq”.
Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı deyib.
“Təbii ki, yadınızdadır, İkinci Qarabağ müharibəsinin başa çatması ilə əlaqədar üçtərəfli bəyanat imzalanmışdır - Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş naziri. Əslində, bu, Ermənistan üçün kapitulyasiya aktı idi, çünki Ermənistan təslim oldu. O vaxt hələ işğal altında olan, - müharibə yolu ilə hələ biz o bölgələri azad etməmişdik, – Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Təbii ki, Ermənistan bunu könüllü etməmişdir, biz onu məcbur etdik. Kimisə müharibə şəraitində məcbur edirsənsə, deməli, həmin o tərəf kapitulyasiyaya uğrayır. Yəni bu termində hər hansı bir alçaldıcı, yaxud da ki, təhqiramiz bir məna axtarmaq lazım deyil. Bu, sadəcə olaraq, reallıqdır. Biz tarixi həm olduğu kimi bilməliyik, həm unutmamalıyıq və tarixin təhrifinə, o cəhdlərə heç vaxt imkan verməməliyik”, - İlham Əliyev vurğulayıb.
18:37 / 05 Noyabr 2026
1
18:34 / 05 Noyabr 2026
31
18:24 / 05 Noyabr 2026
70
18:19 / 05 Noyabr 2026
53
18:10 / 05 Noyabr 2026
287
17:45 / 05 Noyabr 2026
123
17:26 / 05 Noyabr 2026
120
17:19 / 05 Noyabr 2026
104
17:03 / 05 Noyabr 2026
644
16:53 / 05 Noyabr 2026
157
16:47 / 05 Noyabr 2026
107
16:34 / 05 Noyabr 2026
193
16:30 / 05 Noyabr 2026
123
16:25 / 05 Noyabr 2026
114
16:20 / 05 Noyabr 2026
122
16:09 / 05 Noyabr 2026
1166
15:55 / 05 Noyabr 2026
1140
15:46 / 05 Noyabr 2026
191
15:31 / 05 Noyabr 2026
250
15:25 / 05 Noyabr 2026
153
15:10 / 05 Noyabr 2026
129
14:57 / 05 Noyabr 2026
299
14:50 / 05 Noyabr 2026
236
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.