İstanbulda bina çöküb, dağıntılar altında qalanların olduğu bildirilir
05 Noyabr 2026, 14:08
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
45
05.11.2026, 16:30
İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistana xəbərdarlıq edib.
Oxu24.com -un xəbərinə görə, Vilayəti bu barədə “İttilaat” qəzetində yayımlanan “Ermənistan Baş nazirinə açıq və səmimi müraciət” başlıqlı məqaləsində bildirib.
Ermənistan parlamentində “Tramp marşrutu”nun (TRIPP) təsdiqlənməsinə münasibət bildirən Vilayəti Baş nazir Nikol Paşinyanın siyasətini tənqid edərək, layihənin ratifikasiyasını nəticəsiz və Ermənistan xalqının maraqlarına zidd addım adlandırıb.
O, İranın Rusiyanın iştirakı ilə və ya iştirakı olmadan Cənubi Qafqazın təhlükəsizliyinin qorunmasını öz məsuliyyəti hesab etdiyini vurğulayıb.
Vilayəti qeyd edib ki, Nikol Paşinyanın rəhbərlik etdiyi yeni hökumətin zərərli addımlarından biri Ermənistanla Azərbaycan arasında düşmənçiliyin daha da dərinləşdirilməsi olub.
İran rəsmisinin sözlərinə görə, Ermənistanın Azərbaycan, İran, Türkiyə və ehtimal ki, gələcəkdə Gürcüstanla münasibətləri qeyri-sabit və proqnozlaşdırılmaz vəziyyətdədir. O, beş il əvvəl Tehranda keçirilən Astana formatlı sammiti çərçivəsində İran İslam Respublikasının keçmiş Ali Rəhbərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinlə görüşlərini xatırladaraq, həmin görüşdə Zəngəzur dəhlizinin yaradılmasına açıq şəkildə qarşı çıxıldığını bildirib. Vilayəti bu mövqenin İranın xarici siyasətində “qırmızı xət”lərdən biri olduğunu vurğulayıb.
Vilayəti əlavə edib ki, Ermənistanın Rusiyanın Ukraynadakı müharibəyə cəlb olunması səbəbindən Moskvanın Cənubi Qafqazın təhlükəsizliyinə daha az diqqət yetirəcəyini düşünməsi mümkün yanlış hesablamadır. O, bu məsələni Ermənistan xarici işlər nazirinin müavini və ölkənin Tehrandakı səfiri ilə ayrı-ayrı görüşlərində müzakirə etdiyini, həmçinin, mətbuat konfransında İranın Rusiyanın iştirakı ilə və ya iştirakı olmadan regionun təhlükəsizliyinə cavabdeh olduğunu açıq şəkildə bəyan etdiyini bildirib.
“Son sözümü Ermənistanın səfirinə də dedim: Tramp və müttəfiqləri İranın bu “qırmızı xətti”ni keçmək istəsələr, onların ayaqlarını qıracağıq”, - İranın Ali Rəhbərinin müşaviri Ermənistanın Tehrandakı səfirinə dediyi sözləri məqaləsində bölüşüb.
Vilayəti Ermənistan hökumətinin ABŞ, Fransa və Böyük Britaniyanın siyasətinə getdikcə daha çox tabe olmasını da tənqid edib, o, bu yanaşmanın Cənubi Qafqazda gərginliyin artmasına zəmin yarada biləcəyi barədə xəbərdarlıq edib.
16:34 / 05 Noyabr 2026
1
16:25 / 05 Noyabr 2026
45
16:20 / 05 Noyabr 2026
48
16:09 / 05 Noyabr 2026
338
15:55 / 05 Noyabr 2026
693
15:46 / 05 Noyabr 2026
113
15:31 / 05 Noyabr 2026
185
15:25 / 05 Noyabr 2026
112
15:10 / 05 Noyabr 2026
94
14:57 / 05 Noyabr 2026
196
14:50 / 05 Noyabr 2026
154
14:48 / 05 Noyabr 2026
180
14:44 / 05 Noyabr 2026
102
14:41 / 05 Noyabr 2026
144
14:36 / 05 Noyabr 2026
109
14:25 / 05 Noyabr 2026
157
14:24 / 05 Noyabr 2026
133
14:18 / 05 Noyabr 2026
328
14:08 / 05 Noyabr 2026
161
14:01 / 05 Noyabr 2026
125
13:48 / 05 Noyabr 2026
1467
13:41 / 05 Noyabr 2026
140
13:20 / 05 Noyabr 2026
203
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.