Baş prokuror Abşeronda vətəndaşları qəbul edib
05 Noyabr 2026, 15:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
46
05.11.2026, 15:25
Gələn il hamiləliyə və doğuma görə adambaşına müavinət xərci 3946,16 manat olacaq.
Oxu24.com xəbər verir ki, bu, 2027-ci il Büdcə Zərfində əksini tapıb.
Əvvəlki illər üzrə formalaşmış tendensiyaya əsasən məcburi dövlət sosial sığorta haqları üzrə müavinətlərin tərkibində ən yüksək həcmə və xüsusi çəkiyə malik olmuş hamiləliyə və doğuma görə müavinətlər növbəti büdcə ilində 77,34 mln. manat səviyyəsində proqnozlaşdırılıb.
Proqnozlaşdırılmış xərc 2025-ci illə müqayisədə 19,8%, cari ilin proqnozuna nəzərən 8,9%, ilin sonuna gözlənilən icrayla müqayisədə isə 10,2% artım tempinə malikdir. Cari ilin I yarımillik dövründə müvafiq müavinət növü üzrə xərc cari ilin proqnoz göstəricisinin 43,3%-i, 9 aylıq gözlənilən icranın 62,8%-i, ilin sonuna gözlənilən icranın isə 43,8%-i səviyyəsindədir. 2025-ci ildə 19112 nəfərə 64,57 41 mln. manat vəsait xərc edilmiş və orta hesabla adambaşına 3378,29 manat müavinət ödənilib.
Cari 2026-cı ildə isə 19322 nəfərə 70,16 mln. manat vəsait ödənişi gözlənilir. Bu da cari il üzrə hər adambaşına orta hesabla 3631,25 manat məbləğində müavinət xərci deməkdir. Növbəti ildə isə proqnozlaşdırılmış sığortaolunan sayı 19599 nəfər, vəsait 77,34 mln. manat olmasını diqqətə alaraq növbəti ildə adambaşına düşən müavinət xərci 3946,16 manat səviyyəsində proqnozlaşdırılıb.
Dövlət Sosial Müdafiə Fondu tərəfindən dövlət sosial müdafiə fondunun büdcə layihəsinə verilmiş izahatda məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı hazırlanmış xərclərin hesablanması cədvəlində hamiləliyə və doğuma görə analıq məzuniyyətinə çıxmış şəxslərin bir nəfərinə düşən günlərin orta sayı 78 gün müəyyən olunub. Bundan irəli gələrək bir nəfərə düşən orta günlük müavinət məbləği 2025-ci il üzrə 43,30 manat, 2026-cı il üzrə 46,54 manat, 2027-ci il üzrə isə 50,57 manat təşkil edir. Orta günlük müavinət məbləği 2025-ci illə müqayisədə 2026-cı ildə 7,5%, 2026-cı illə müqayisədə isə 2027-ci ildə 8,7% artım tempinə malik olacaq.
15:31 / 05 Noyabr 2026
1
15:10 / 05 Noyabr 2026
44
14:57 / 05 Noyabr 2026
107
14:50 / 05 Noyabr 2026
94
14:48 / 05 Noyabr 2026
95
14:44 / 05 Noyabr 2026
76
14:41 / 05 Noyabr 2026
104
14:36 / 05 Noyabr 2026
86
14:25 / 05 Noyabr 2026
111
14:24 / 05 Noyabr 2026
102
14:18 / 05 Noyabr 2026
259
14:08 / 05 Noyabr 2026
137
14:01 / 05 Noyabr 2026
104
13:48 / 05 Noyabr 2026
1164
13:41 / 05 Noyabr 2026
111
13:20 / 05 Noyabr 2026
161
13:12 / 05 Noyabr 2026
174
13:02 / 05 Noyabr 2026
397
13:00 / 05 Noyabr 2026
205
12:56 / 05 Noyabr 2026
199
12:51 / 05 Noyabr 2026
135
12:41 / 05 Noyabr 2026
457
12:40 / 05 Noyabr 2026
142
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.