Bu müavinət xərci 1262,07 manat OLACAQ
05 Noyabr 2026, 14:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
61
05.11.2026, 14:48
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir.
Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirləri görülüb?
Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Su Təchizatından bildirilib ki, payız mövsümü ilə əlaqədar onlara tabeli qurumlar hazırda cari hazırlıq tədbirlərini həyata keçirirlər:
"Rayon sukanal idarələri plana uyğun şəkildə mövcud yağış barmaqlıqlarının və suqəbuledici qurğuların təmizlənməsi, yağış xətlərinin yuyulması, kollektor və şəbəkələrin texniki vəziyyətinin yoxlanılması, eləcə də mümkün yağıntılar zamanı su axınının maneəsiz yönləndirilməsi üçün zəruri tədbirlər görürlər. Bu işlərə texnika və canlı qüvvə cəlb olunur, əsas diqqət yağış sularının toplanmasının qarşısının alınmasına, mövcud şəbəkələrin yağış mövsümünə hazır vəziyyətə gətirilməsinə yönəldilir.
Yəni hazırkı mərhələdə xidmətin mövcud infrastruktur və texniki imkanları çərçivəsində yağış mövsümünə hazırlıq məqsədilə bütün zəruri tədbirlər görülür. Mövcud imkanlar hesabına həyata keçirilən cari və texniki tədbirlər əsasən operativ və mövsümi xarakter daşıyır. Şəhərin yağış sularının idarə olunması ilə bağlı uzunmüddətli, kompleks və fundamental nəticələrin əldə olunması isə Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan iri infrastruktur layihələrinin icrası ilə mümkün olacaq.
2026-2035-ci illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadasında tullantı suların idarə olunması, kanalizasiya və yağış infrastrukturunun təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm layihələr nəzərdə tutulub. Bu layihələrin mərhələli şəkildə icrası mövcud infrastrukturun əhatə dairəsinin genişləndirilməsi, yeni kanalizasiya xətlərinin və kollektorların inşası, yağış sularının daha səmərəli idarə olunması və şəhərin müxtəlif ərazilərində yağış sularının toplanması risklərinin azaldılması istiqamətində əhəmiyyətli nəticələrin əldə edilməsinə hesablanıb.
Hazırda Dövlət Proqramı çərçivəsində müəyyən ərazilərdə tikinti-quruculuq işlərinə başlanılıb. Xüsusilə qeyd edək ki, burada söhbət yalnız ayrı-ayrı küçə və ərazilərdə lokal tədbirlərin görülməsindən deyil, şəhər miqyasında yağış sularının idarə olunmasını təmin edəcək sistemli infrastrukturun formalaşdırılmasından gedir.
Nəticə etibarilə indiki halda həm mövsümə hazırlıq, həm də daha genişmiqyaslı infrastruktur yenilənməsi istiqamətində paralel iş aparılır".
Abşeron Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar İH tərəfindən rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə, bələdiyyələrə və kommunal xidmət təşkilatlarına müvafiq qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib:
"Xüsusilə intensiv yağıntılar zamanı subasma riski olan ərazilərin, suötürücü kanal və arxların nəzarətdə saxlanılması, güclü küləyin yarada biləcəyi təhlükələrin qarşısının alınması və kommunal xidmətlərin operativ müdaxiləyə hazır vəziyyətdə olması tapşırılıb.
Əvvəlki illərin təcrübəsi nəzərə alınaraq, mümkün fəsadların qarşısının vaxtında alınması və yaranacaq problemlərin operativ aradan qaldırılması diqqət mərkəzində saxlanılır".
14:57 / 05 Noyabr 2026
1
14:50 / 05 Noyabr 2026
24
14:44 / 05 Noyabr 2026
49
14:41 / 05 Noyabr 2026
64
14:36 / 05 Noyabr 2026
62
14:25 / 05 Noyabr 2026
77
14:24 / 05 Noyabr 2026
83
14:18 / 05 Noyabr 2026
195
14:08 / 05 Noyabr 2026
118
14:01 / 05 Noyabr 2026
89
13:48 / 05 Noyabr 2026
902
13:41 / 05 Noyabr 2026
101
13:20 / 05 Noyabr 2026
151
13:12 / 05 Noyabr 2026
163
13:02 / 05 Noyabr 2026
353
13:00 / 05 Noyabr 2026
189
12:56 / 05 Noyabr 2026
170
12:51 / 05 Noyabr 2026
127
12:41 / 05 Noyabr 2026
418
12:40 / 05 Noyabr 2026
131
12:39 / 05 Noyabr 2026
111
12:36 / 05 Noyabr 2026
184
12:27 / 05 Noyabr 2026
592
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.